16:00 / 03-12-2024
Bələdiyyə üzvlərinin sayı məlum oldu
15:30 / 03-12-2024
Tramp hədələdi: 20 yanvaradək etməsələr, dəhşət yaşadacağam
13:39 / 03-12-2024
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi istefa verib
13:02 / 03-12-2024
UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib
12:39 / 03-12-2024
Zakir Fərəcov partlayış baş verən əraziyə getdi – FOTO
11:19 / 03-12-2024
Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatları yekunlaşıb
11:08 / 03-12-2024
Baş nazir rezidentura təhsili ilə bağlı qərar imzaladı
11:04 / 03-12-2024
Meyxanaçı Xəyyam Əhmədlinin dəfn yeri və vaxtı açıqlandı
11:00 / 03-12-2024
Partlayışa görə zərəri kim ödəyəcək? - AÇIQLAMA
10:56 / 03-12-2024
Zelenskidən Moskvaya üçhərfli mesaj - Kremlin reaksiyası
10:41 / 03-12-2024
İlham Əliyev Yəmənin Azərbaycandakı yeni səfirini qəbul edib
10:17 / 03-12-2024
Prezident El-Salvadorun yeni təyin olunmuş səfirini qəbul edib
10:12 / 03-12-2024
İlham Əliyev Mavritaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
10:08 / 03-12-2024
Azərbaycanda təyinat gözləyən yüksək vəzifələr - SİYAHI
10:03 / 03-12-2024
Sumqayıtda baş verən partlayışla bağlı BİRGƏ MƏLUMAT
09:45 / 03-12-2024
Mərkəzi Nəbatat Bağının İdarə Heyətinin sədri təyin edildi
09:40 / 03-12-2024
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
09:03 / 03-12-2024
Axtarışlardan sonra Həbib Nurməhəmmədovun məktəbi bağlanır
08:59 / 03-12-2024
Marin Le Pen 48 saat ərzində Fransa hökumətini devirə bilər
08:45 / 03-12-2024
Novxanıda partlayış olub, yaralananlar var
08:39 / 03-12-2024
Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb
16:00 / 02-12-2024
Yağıntılı hava şəraiti nə qədər davam edəcək?
15:30 / 02-12-2024
Qarabağda işləmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR
12:29 / 02-12-2024
Qonşu şamına ümid olan şamlı lider - Bəşər Əsəd yaman yerdə axşamlayıb
12:23 / 02-12-2024
Manatın dövretmə sürəti azaldı - RƏSMİ
12:00 / 02-12-2024
İlon Mask: Baydenin oğlunu əfv etməsi ABŞ-ın bütövlüyünə təhdid yaradır
11:52 / 02-12-2024
Tiflisdə etirazlardan sonra 224 nəfər həbs edildi – Gürcüstan DİN
Həqiqət Qədimova: Heydər Əliyev yolu Azərbaycanın işıqlı gələcəyinin təminatıdır
UNEC-in Zaqatala filialının direktor müavini dosent Həqiqət Qədimova - “1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. O dövrdən – Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Eyni zamanda, siyasi islahatlar aparılmağa başlandı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. İqtisadi sahədə liberallaşma siyasəti və bazar iqtisadiyyatına keçid də məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş verib”.
Ulu Öndər Heydər Əliyev milli dövlətçilik siyasətinin sarsılmaz təməllərini müəyyən edib. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir. Heydər Əliyevin uğurlu siyasəti sayəsində kiçik gənc bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. 3 oktyabr 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin təcrübəli və müdrik siyasi kursu sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və möhtəşəm uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.
Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası isə dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuş oldu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması dövlətçilik ənənələrin inkişafına xidmət edən təşəbbüslərdir.
Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” isə Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabrın 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdı.
“Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasi kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirib. Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Onun tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan, Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Ulu Öndərin bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu. 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan özünü ərazi bütövlüyünü və suverenliyini bərpa edərək regionda və beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirib. Hazırda müstəqil Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır”.
Bölməyə aid digər xəbərlər

Tarix: 3-10-2024, 08:52 Oxunub: 241
Bölməyə aid digər xəbərlər
25-09-2024, 13:29
Həqiqət Qədimova: Bölgənin yeni elmi-mədəni mərkəzi
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
7-12-2023, 10:12
UNEC-nin Zaqatala filialında"Əbədiyaşar, fenomen dahi şəxsiyyət Heydər Əliyev" mövzusunda tədbir keçirildi
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
4-05-2023, 09:25
Eltun Süleymanov: “Müstəqillik yolumuz Ümummilli lider Heydər Əliyevin parlaq zəkasının, onun Azərbaycan torpağına, insanına olan sevgisinin təzahürüdür”
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
9-05-2022, 09:58
Ölkəmizin uğurları Heydər Əliyev strategiyasının təntənəsidir
4-05-2022, 13:49
Aqiyə Naxçıvanlı: Ulu öndər Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bütün ağır sınaqlardan uğurlu çıxışını təmin etdi
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO