09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Həqiqət Qədimova: Misilsiz şans
UNEC-in Zaqatala filialının Tədris və elmi işlər üzrə direktor müavini dosent Həqiqət Qədimova - Bu gün ölkə və dünya mətbuatından əsas müzakirə mövzularından biri Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olan COP29-a ev sahibliyidir. Konfransın əsas məqsəd və məramının nədən ibarət olduğuna diqqət yetirdikdə belə mötəbər tədbirə Azərbaycanın ev sahibliyini şərtləndirən amillər bəlli olur. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi hazırkı dövrün əsas çağırışlarındandır. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi Azərbaycanın iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə, həmçinin bu istiqamətdə beynəlxalq həmrəyliyin gücləndirilməsinə verdiyi töhfələrə işıq salır. Azərbaycan daim dünyaya bu çağırışı edir ki, qlobal problemlərin həllində qlobal birlik, həmrəylik vacibdir. Dövlət başçısı İlham Əliyev bu günlərdə “Euronews” televiziyasına müsahibəsində bu mühüm məqamı da xüsusi qeyd etdi ki, hər yeni iş qeyri-müəyyənliklərlə dolu olur. Lakin bizim böyük tərəfdaşlarımız var. Artıq “Masdar” strateji tərəfdaşdır. Həmçinin “ACWA Power” var. BP sərmayədarlarımız sırasındadır. Ölkəmizlə əməkdaşlıq etməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin. Beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri tərəfdaşlarımızla həll etməliyik.
COP tədbirləri ən çox dünya liderlərini bir araya gətirən toplantılar kimi tarixə düşüb. 197 ölkəni özündə birləşdirən Tərəflər Konfransına Azərbaycanın ev sahibliyi təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycanın diplomatik uğurudur. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri yeni dostlar və tərəfdaşlar qazanmasında stimulverici amil rolunu oynayır. Ölkəmiz böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur və onların zaman-zaman yeni prioritetlər üzrə inkişaf etdirilməsinə səy göstərir. Azərbaycanın etibarlı və arzuolunan tərəfdaş kimi dünya dövlətlərinin diqqətində olması, Avropanın enerji təhlükəsizliyinin təminatında həlledici rol oynaması uğurlu xarici siyasətimizin nəticəsidir. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan dünya birliyi ilə əməkdaşlığa regional çərçivədən başlasa da illər keçdikcə coğrafiyasını daha da genişləndirir. Ən əsası Azərbaycanın dövrün hər bir çağırışını zamanında dəyərləndirməsi uğurlarımızın davamlılığında öz sözünü deyir. Belə ki, Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın inkişafında neft amilinə önəm verərək tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasına nail oldu. Dünya təcrübəsinə əsasən bu çağırışı etdi ki, təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi və siyasi dividend qazandırdı, regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir. 2017-ci ildə “Əsrin müqaviləsi”nin davamı olaraq “Yeni əsrin müqaviləsi” imzalandı. Bu mühüm saziş Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təsdiqi oldu.
Tarixən neft ölkəsi kimi tanınan və nüfuz qazanan Azərbaycan bu gün qaz və elektrik enerjisi ixracatçısına çevrilib. Ölkəmizin COP29-a ev sahibliyi onu göstərir ki, Azərbaycan özünü qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi tanıdıb. Tədbir çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü işlər daha geniş auditoriyanın diqqətinə çatdırılacaq. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Bütün bunların fonunda Azərbaycanın COP29-a ev sahibliyi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional, qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Son illər Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək və günəş enerjisi stansiyalarının qurulması baxımından böyük işlər görüb. 2023-cü ildə Azərbaycanda regionun ən böyük bərpaolunan enerji stansiyası istifadəyə verildi. Bu il Bakı Enerji Həftəsi çərçivəsində Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin birgə iştirakı ilə Neftçala, Biləsuvar Günəş Elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməli qoyuldu. Bu stansiyaların işə başlaması yaxın illərdə 10 min meqavat enerji istehsal edilməsinə şərait yaradacaq. Dövlət başçısı İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirdi ki, bu, yalnız başlanğıcdır. Çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq üzərimizə düşən öhdəlikdir.
Azərbaycan Gürcüstan, Macarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə sualtı kabel vasitəsilə yaşıl enerjinin Avropaya ixracı layihəsini icra etməkdədir. Bu layihənin uğurlu sonluqla başa çatmasından sonra Azərbaycan Avropanın əsas yaşıl enerji təchizatçılarından birinə çevriləcək. COP29-a ev sahibliyi bu prosesin davamıdır və ölkəmizin yaşıl enerjiyə keçid və bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı qarşısına qoyduğu məqsədlərə çatmasına öz töhfəsini verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ev sahibliyi edən ölkə olaraq Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.
Azərbaycanın iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi tanınması, qlobal məsələlərin ölkəmizdə müzakirə edilərək ümumi mövqeyin ortaya qoyulması onun beynəlxalq nüfuzunun, eyni zamanda, hər bir sahədə zəngin təcrübəyə malik olmasının göstəricisidir. COP29 Azərbaycanın beynəlxalq nüfuzuna yeni əlavələr edəcək, yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq.
Bölməyə aid digər xəbərlər

Tarix: 5-10-2024, 10:10 Oxunub: 232
Bölməyə aid digər xəbərlər
4-10-2024, 14:19
Həqiqət Qədimova: Günlərdən Cəbrayıl
26-09-2024, 13:27
Bakıda "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilir -Fotolar
25-09-2024, 13:29
Həqiqət Qədimova: Bölgənin yeni elmi-mədəni mərkəzi
26-08-2024, 08:28
Mehriban Əliyevanın doğum günüdür
26-04-2024, 09:37
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir
25-04-2024, 16:38
Eltun Süleymanov: “Azərbaycan COP29-a həm də regional təhlükəsizlik üçün fürsət kimi baxır”
12-01-2024, 12:39
Vətənə ləyaqət nümunəsi Zöhrab Camalov
18-12-2023, 16:10
Eltun Süleymanov: “COP29 Azərbaycanın uğur hekayəsi olacaqdır”
7-12-2023, 10:12
UNEC-nin Zaqatala filialında"Əbədiyaşar, fenomen dahi şəxsiyyət Heydər Əliyev" mövzusunda tədbir keçirildi
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
26-05-2023, 11:18
Vüqar Səlimov: Üzümlüklərdə vaxtında yerinə yetirilən yaşıl əməliyyat yüksək keyfiyyətli və bol məhsulun alınmasını təmin edir
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
26-08-2022, 09:00
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
27-07-2022, 10:21
Röyal Sarıməmmədov:Azərbaycanın tərəqqisinə, təhlükəsizliyinə və gələcəyinə xidmət edəcək strategiya
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
13-09-2020, 18:35
Karantin rejimi ilə bağlı yeni qərar - BU MƏHDUDİYYƏTLƏR QALIR
13-09-2020, 17:01
Şərablar anbarlarda qalıb - MÜƏSSİSƏLƏR ÇƏTİN VƏZİYYƏTDƏ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO