12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Cəsarət Qasımov: Etibarlı tərəfdaş və regional Lider
Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov - Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz misilsiz tarixi uğurlar qazanıb. Bu uğurlar Azərbaycanı bütün dünyaya tanıdıb. Bu illər ərzində ölkəmiz beynəlxalq və regional əhəmiyyətli çoxsaylı tədbirlərə evsahibliyi edib. Artıq ölkəmiz belə mühüm tədbirlərin təşkili və keçirilməsi ilə bağlı zəngin təcrübəyə malikdir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransı (COP) 1992-ci ildə bu mötəbər təşkilatın ilk iqlim müqaviləsini imzalayan və “iqlimə təhlükəli müdaxilə” ilə mübarizə aparmağı vəd edən 197 ölkəni özündə birləşdirir. Dünyada olan bütün ölkələr COP-un üzvüdür. Buna görə də COP tədbirləri ən çox dünya liderlərini bir araya gətirən toplantılar kimi tarixə düşüb.
COP29-un ölkəmizdə keçirilməsi isə Azərbaycanın bu istiqamətdə daha da tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə böyük töhfə verəcək.
İlk COP 1995-ci ildə Almaniyanın paytaxtı Berlində keçirilib. Sessiyaya BMT-nin beş regional qrupu növbə ilə evsahibliyi edir və hər dəfə bu qrupa aid olan müxtəlif ölkələr ev sahibi olaraq seçilir. Bu il isə növbə Şərqi Avropa qrupunda idi. Azərbaycan Şərqi Avropa ölkələrinin yekdil dəstəyi ilə COP29-un ev sahibi olaraq seçildi. Azərbaycanın bu mühüm tədbirə ev sahibi seçilməsi təsadüfi deyil. Dünyanın əsas siyasi və iqtisadi güc mərkəzlərindən olan Avropaya daxil olan ölkələrin Azərbaycanı dəstəkləməsi ciddi diplomatik uğurdur.
Azərbaycan dünyanın ən mötəbər tədbiri olan COP29-u yüksək səviyyədə təşkil edib. COP29-a ev sahibliyi faktoru ölkəmizin fəal rolunun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. COP29 Azərbaycan üçün həm də davamlı inkişaf strategiyasının bir hissəsi və iqlim dəyişikliyi ilə mübarizədə lider ölkələrdən biri olmaq üçün mühüm platformadır. Azərbaycan bu tədbir vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynadığını bir daha sübuta yetirir.
COP29-un Liderlər Sammitinin açılışı mərasimində çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir. Şimal ilə Cənubun, Qərb ilə Şərqin qovşağında yerləşən ölkə kimi Azərbaycan geostrateji əhəmiyyətə malikdir. Ölkəmiz təkcə coğrafi baxımdan deyil, dünyanın müxtəlif ölkələri arasında mədəni, enerji, ticari və nəqliyyat körpülərin yaradılması baxımından da böyük önəmə sahibdir. Eləcə də, Azərbaycanın həyata keçirdiyi nəhəng enerji və nəqliyyat layihələri Avrasiyanın enerji təhlükəsizliyini təmin edir, eləcə də, çoxtərəfli əməkdaşlıq formatları yaradır. Bütün bunlar Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi rolunu gücləndirir.
COP29-un Bakıda keçirilməsi qərarı həm də Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyi ifadə edir. Dövlətimizin bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşıya qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü tədbirlər daha böyük auditoriyanın diqqətinə çatdırılır. Azərbaycanın bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavatt, dənizdə isə 157 giqavatt təşkil edir. 2030-cu ilə qədər təxminən altı giqavattlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. Eyni zamanda, Avropaya yaşıl enerjini ixrac etmək üçün Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi layihəsi üzrə işlər davam etdirilir. Bundan başqa, Naxçıvanın, Qarabağ və Şərqi Zəngəzur regionlarının yaşıl enerji zonaları elan edilməsi ölkəmizin yaşıl gündəliyinin perspektivindən xəbər verir. Bütün bunlar Azərbaycanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynadığını təsdiqləyir.
Bəzi Qərb dairələri Azərbaycanın neft-qaz ölkəsi kimi ekologiyaya ziyan vurduğunu iddia edirlər. Əslində belə iddiaların heç bir əsası yoxdur. Zəngin təbii sərvətlərə malik olduğuna görə Azərbaycanın hədəfə götürülməsi qərəz və riyakarlıqdan başqa bir şey deyil. Prezident İlham Əliyev çıxışı zamanı həmin dairələrə tutarlı cavab verib.
Dövlət başçımızın uğurlu siyasəti, Azərbaycanın enerji sektorunun çevikliyini artırır, həmçinin yaşıl enerji sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycanın yaşıl enerji siyasəti həm də regionda liderliyini təmin etməyə yönəlib.
Bölməyə aid digər xəbərlər

Tarix: 18-11-2024, 09:25 Oxunub: 114
Bölməyə aid digər xəbərlər
14-11-2024, 08:42
Azərbaycan Prezidenti COP29-la bağlı məkrli mövqedə olanları ifşa etdi
13-11-2024, 14:15
Eltun Süleymanov: "COP29-a ev sahibliyi fəal rolumuzun beynəlxalq arenada qiymətidir "
11-11-2024, 09:04
Bu gün Azərbaycanda COP29-a start verilir
5-10-2024, 10:10
Həqiqət Qədimova: Misilsiz şans
26-09-2024, 13:27
Bakıda "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda beynəlxalq konfrans keçirilir -Fotolar
16-08-2024, 12:51
Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cəsarət Qasımov şəhid ailələrimizə hər zaman dəstəkdir
6-06-2024, 11:53
Prezident COP29-la bağlı vergi güzəştlərini təsdiqlədi
26-04-2024, 09:37
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir
19-12-2023, 18:15
İnam və qətiyyət nümunəsi
18-12-2023, 16:10
Eltun Süleymanov: “COP29 Azərbaycanın uğur hekayəsi olacaqdır”
16-12-2023, 09:15
Kamran Cəfərov: Azərbaycanın növbəti uğuru
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
15-06-2023, 07:58
Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
31-03-2022, 09:44
Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adları açıqlanıb - SİYAHI
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO