12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Carlsberg Azerbaijan 2024-cü il üzrə güclü biznes nəticələri və rekord vergi ödəmələri
Carlsberg Azerbaijan, ölkənin pivə istehsalı sahəsinin lideri, 2024-cü ildə əsas göstəricilər üzrə yüksək nəticələr nümayiş etdirib, o cümlədən 40 milyon manatdan çox rekord vergi ödənişləri həyata keçirib.
Şirkətin nəticələri
Bir sıra çətinliklərə baxmayaraq, şirkət 2023-cü illə müqayisədə satış həcmini 3.0% artıraraq, daha əlverişli məhsul çeşidi sayəsində xalis gəlirini 6.6% artırıb.
Xüsusilə müasir ticarət kanallarında (pərakəndə şəbəkələr) 10.1% artım müşahidə olundu. Bu, ölkə üzrə bütün pərakəndə şəbəkələrində ticarət avadanlığının quraşdırılması və əlavə satış nöqtələrinin cəlb olunması sayəsində baş verdi. HORECA seqmentində (otellər, restoranlar, kafelər) satışlar 18.4% artdı, buna səbəb premium brendlərin satışlarının və əhatəsinin artması ilə yanaşı süzmə Xırdalan pivəsinin satış həcminin yüksəlməsi idi, eyni zamanda ənənəvi ticarət kanallarında (kiçik mağazalar) 7.8% azalma müşahidə olundu. Bu azalma müasir ticarət formatlarına olan istehlakçı üstünlüklərinin dəyişməsi ilə əlaqədardır və bazar tendensiyalarını əks etdirir.
2024-cü ildə pivə ixracı pozitiv dinamika nümayiş etdirərək 2023-cü il ilə müqayisədə 255% artıb.
Brendlər üzrə nəticələr
Carlsberg Azerbaijan 2024-cü ildə istehlakçılar tərəfindən müsbət qarşılanan yeni pivə növlərini təqdim etdi. Şirkətin flaqman brendi Xırdalan, keçən ilə nisbətən 20.1% artım nümayiş etdirdi. Əsas artım amilləri arasında Xırdalan Draft Premium, Xırdalan 0.0 və sərt pivə seqmentindəki yeni məhsullar yer aldı.
Xüsusi diqqət Carlsberg Group-un innovativ texnologiyası ilə Azərbaycanda istehsal olunan ilk 0.0 alkoqollu pivə Xırdalan 0.0-ın təqdim olunmasına yönəldi. Bu məhsul, Azərbaycan Milli Futbol Komandasının və “Küləyə qalib gəl” şüarı ilə keçirilən Bakı Marafonunun rəsmi tərəfdaşı oldu.
Carlsberg, futbol matçlarının yayımlandığı EGP Arenadakı Football Fan Fest platforması ilə uğurla əməkdaşlıq edərək satış həcminin 26.8% artmasına töhfə verdi. Kronenbourg 1664 Blanc, uğurlu marketinq strategiyaları və yüksək mövsümdəki tərəfdaşlıqlar sayəsində 2023-cü il ilə müqayisədə satış həcmini təxminən ikiqat artıraraq 96.6% rekord nəticələr əldə etdi. Brend, həmçinin Qəbələdəki Essenso Lavanda Festivalını və ilin ən önəmli tədbirlərindən biri olan Bakı Moda Həftəsini də dəstəklədi. Tuborg, DreamFest 2024 beynəlxalq musiqi festivalının rəsmi tərəfdaşı oldu və satış həcmini 15.2% artırdı.
“Əldə etdiyimiz nəticələrlə qürur duyuruq və istehlakçılarımıza, tərəfdaşlarımıza və əməkdaşlarımıza onların dəstəyi və etimadı üçün dərin təşəkkürümüzü bildiririk. 2021-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində biz 2021-2025-ci illər ərzində istehsalata, pivə sənayesinə və əməkdaşlarımıza 25 milyon manat investisiya yatırmağı nəzərdə tutmuşduq. Məmnuniyyətlə bildirirəm ki, biz 2024-cü ilin nəticələrinə əsasən investisiya planımızı uğurla həyata keçirmişik. 2025-ci ilə gəldikdə, biz pivə sektoruna aid olan sərmayələrimizi genişləndirməyi planlaşdırırıq. Bu, məhsul portfelimizi və onun keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək və ölkənin dayanıqlı inkişafına müsbət töhfə verəcək”, – Carlsberg Azerbaijan-ın Baş Direktoru Alius Antulis bildirib.
Xammal və materialların lokalizasiyası
Carlsberg Azerbaijan 2021-ci ildən etibarən Azərbaycanda yetişdirilən yerli arpadan istifadə edir. 2023-cü ildə şirkət, “AzərŞəkər” və “Azərsun” şirkətləri ilə birgə Cənubi Qafqazın illik 11 min tondan çox məhsul istehsal edəcək ilk pivəlik arpa emalı zavodunun təməlini qoydu. Zavodun açılışı 2025-ci ilin birinci yarısında planlaşdırılır.
Dayanıqlı inkişaf
Carlsberg Group-un “Birlikdə Sıfıra Doğru və Daha İrəli” qlobal dayanıqlılıq proqramı çərçivəsində şirkət eko-texnologiyaları tətbiq etməyə, resurs istehlakını azaltmağa və yerli icmaları dəstəkləməyə davam edir. 2024-cü ildə əhəmiyyətli nailiyyətlər əldə edilib, bunlara karbon emissiyalarının 13.7% azaldılması, su və elektrik istehlakının isə əvvəlki ilə müqayisədə 15.5% azalması daxildir.
COP-29 çərçivəsində Carlsberg Azerbaijan WWF Azerbaijan ilə su təchizatı, ətraf mühitin qorunması və yerli icmaların dəstəklənməsi sahələrində əməkdaşlıq etmək məqsədilə üçillik Anlaşma Memorandumu imzalayıb.
Bundan başqa, 2024-cü ildə şirkət “Xəzəri qoruyaq!” ekoloji təşəbbüsü fəal şəkildə dəstəkləməyə davam edib. Şirkət, Lənkəran, Astara, Xaçmaz, Şabran, Siyəzən, Sumqayıt və Bakı şəhərlərindəki Xəzər dənizi çimərliklərinin təmizləmə aksiyalarını təşkil edib. Bu tədbir zamanı 23 hektar sahədən 7 ton tullantı toplanılıb və təkrar emal edilib.
2025-ci ilin yanvar ayında Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Carlsberg Group-un Müşahidə şurasının sədri Henrik Poulsen və Carlsberg Group-un Baş direktoru Yakob Aarup-Andersen ilə görüşüb. Tərəflər, xammal və qablaşdırma materiallarının lokalizasiyası və Carlsberg Group-un Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi üzrə növbəti addımları müzakirə ediblər.
Şirkət haqqında məlumat:
“Carlsberg Azerbaijan” pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdə təxminən 250 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 75 milyon manata yaxındır. Şirkətin portfelinə “Xırdalan”, “Carlsberg”, “Tuborg”, “Kronenbourg Blanc 1664”, “Əfsanə” kimi məşhur markalar daxildir.
Bölməyə aid digər xəbərlər

Tarix: 7-02-2025, 22:04 Oxunub: 49
Bölməyə aid digər xəbərlər
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
14-06-2023, 11:18
İlham Əliyev fərman imzaladı
3-05-2023, 15:30
İrəvanın Xankəndiyə ötürdüyü pullar... HARA XƏRCLƏNİR?
31-01-2023, 17:20
Prezident fərman imzaladı
20-04-2022, 11:10
İnsanları intihar həddinə çatdıran qanunsuz şirkətləri kimlər himayə edir? - Araşdırma
2-08-2021, 13:45
Pandemiyanın acığını vətəndaşdan çıxanlar - FOTO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
29-01-2021, 08:38
Bu bank zərərdən xilas ola bilmir
29-07-2020, 23:06
“Azercell”dən növbəti keyfiyyət göstəricisi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 13:25
AQTA 72 obyektdə qayda pozuntuları aşkarladı - SİYAHI
24-07-2020, 10:58
“Expressbank” 2020-ci ilin altı ayını 6,5 milyon manatdan artıq xalis mənfəətlə tamamladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 15:54
Bir sıra vergi ödəyicilərinin icazələri məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ
21-07-2020, 09:48
“Kontakt Home” “Apple” brendinin Azərbaycandakı rəsmi satış mərkəzi oldu