16:00 / 28-07-2026
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
15:30 / 28-07-2026
Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
14:22 / 28-07-2026
Türkiyə İsrailə müdaxiləyə hazırlaşır – Təl-Əvivdə Ankara qorxusu
14:10 / 28-07-2026
Tacikistandan geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:00 / 28-07-2026
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Vaşinqton Bəyannaməsi Azərbaycanın qəti siyasi iradəsi və regionun yeni güc ssenarisi - Partiya sədri

Adəm İsmayıl Bakuvi Vəhdət Partiyası
2020-ci ilin 10 noyabrında imzalanan Üçtərəfli Bəyanat Azərbaycan xalqının otuz illik ədalət mübarizəsini tarixi qələbə ilə yekunlaşdırdı. Azərbaycan öz suveren ərazilərinə qayıtdı və Cənubi Qafqazın siyasi xəritəsi dəyişdi. Lakin bu qələbədən sonra sülhün tam bərqərar olması üçün atılan konstruktiv addımlar Ermənistanın öhdəliklərini pozması və Konstitusiyasında ərazi iddialarını saxlamaqda israr etməsi ilə qarşılaşdı.
Azərbaycan bu illər ərzində sübut etdi ki, onun məqsədi revanş yox davamlı sülhdür. 14 mart 2022-ci ildə irəli sürülən beşbəndlik sülh təklifi regionda yeni sabitlik modeli yarada bilərdi. Amma qarşı tərəfin qeyri-səmimiyyəti prosesi ləngitdi.
Geosiyasi dalandan çıxış 8 avqust 2025-ci ildə Vaşinqtonda tapıldı. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında imzalanmış Birgə Bəyannamə sülh prosesini yeni mərhələyə daşıdı. Bu sənəd yalnız diplomatik protokol deyil həm də Cənubi Qafqazda güc balansını və strateji əlaqələri yenidən müəyyənləşdirən siyasi sənəddir.
Əsas məqamlar aydındır. Sülh Sazişinin paraflanması Azərbaycanın sülh istəyi və eyni zamanda gücünü qoruyaraq iradəsini diktə etməsidir. Minsk qrupunun ləğvi otuz illik imitasiya dövrünün başa çatdırılması və regionun öz taleyinə sahib çıxmasıdır. TRIPP layihəsi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Orta Dəhliz üzərindən illik 35 milyon ton yük tranzitini təmin edəcək və ölkəmizi bölgənin logistika mərkəzinə çevirəcək strateji infrastruktur təşəbbüsüdür. Revanşizmin rədd edilməsi isə Ermənistanın gələcəkdə hər hansı hərbi təxribatına beynəlxalq təminat mexanizmi ilə qapının bağlanması deməkdir.
Vaşinqton görüşü həm də Azərbaycan ABŞ münasibətlərində yeni strateji tərəfdaşlığın əsasını qoydu. Strateji Tərəfdaşlıq Xartiyası enerji nəqliyyat müdafiə rəqəmsal texnologiyalar və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq perspektivlərini açır. Ən önəmlisi isə Azadlığa dəstək aktına edilmiş 907-ci düzəlişin ləğvi Azərbaycanın beynəlxalq siyasi manevr imkanlarını genişləndirir.
Bununla belə prindipial hesab olunan bəzi məsələlər hələ də açıq olaraq qalmaqdadır.
Ermənistan Konstitusiyasındakı ərazi iddialarının çıxarılması olmadan sülh sənədi kağız üzərində qalacaq. TRIPP kimi iri layihələr üçün beynəlxalq maliyyə və siyasi təminatlar davamlı olmalıdır. İran və Rusiyanın mövqeləri balanslı şəkildə idarə edilməlidir ki, regional sabitlik pozulmasın.
Vəhdət Partiyası olaraq bildiririk ki, Azərbaycanın milli maraqları heç bir ssenaridə güzəştə getməyəcək. Vaşinqton Bəyannaməsi bizim qəti siyasi iradəmizin diplomatik çevikliyin və güclü dövlət strategiyasının məhsuludur. Bu sənəd təkcə Ermənistanla sülh müqaviləsi deyil Cənubi Qafqazın gələcək onilliklərini müəyyən edəcək geosiyasi istiqamətdir.
Azərbaycan bu yeni mərhələdə yalnız sülhün deyil həm də gücün iqtisadi liderliyin və strateji tərəfdaşlığın mərkəzi olacaq. Sərhədlərin toxunulmazlığı ərazi bütövlüyü və güc tətbiqinin qadağan edilməsi prinsipinə əsaslanan bu yeni düzən regionda sabitliyin yeganə təminatıdır. Biz bu istiqamətdə bütün milli resurslarımızı səfərbər edəcəyik.
Bölməyə aid digər xəbərlər

Tarix: 16-08-2025, 15:23 Oxunub: 26
Bölməyə aid digər xəbərlər
15-08-2025, 14:14
Xaqan və xalqın birliyi - vətənin diriliyi - Adəm İsmayıl BAKUVİ
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
28-04-2025, 10:00
Trampın 100 günü: Dünya başqa dünyadır - ABŞ-ın 47 -ci prezidenti nələr etdi, nələri edə bilmədi?
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
15-06-2023, 07:58
Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür
3-05-2023, 09:00
Ağ Evdə sülh, Kremldə savaş planları qurulur: Rusiya Qarabağda təxribat törədəcəyini anons etdi
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO