Dollar/TL məzənnəsi indiyədək ən yüksək səviyyəsini görüb.
QanunXəbər.com xəbər verir ki, məzənnə 8.4460 səviyyəsini test edib. Bakı vaxtı ilə saat 08:40-da Dollar/TL məzənnəsi 8.44 səviyyəsində olub.
Həftənin ilk əməliyyat günündə, ABŞ-da Prezident seçkiləri əvvəlində qeyri-müəyyənliyin təsiri ilə dollar inkişaf edən və inkişaf etmiş ölkə pul vahidləri qarşısında dəyər qazanmışdır. Həftənin ikinci əməliyyat günündə isə dollar Asiyadakı əməliyyatlarda G-10 ölkələrinin pul vahidləri qarşısında geriləyib.
Bloomberg dollar indeksi 0,1% geriləyib. Beləliklə, son 5 əməliyyat günündə ilk dəfə geriləmə qeyd edib.
ABŞ-da son açıqlanan sorğunun ardından sərmayəçilər Demokratların namizədi Joe Bidenin zəfərini qiymətləndirirlər. Bununla əlaqədar ABŞ ilə Çin arasındakı gərginliyin sona çatacağı gözləntiləri Asiya ölkələrinin pul vahidlərini dəstəkləyib.
Joe Biden seçilərsə ABŞ-Çin arasındakı gərginliyin azalacağı nəzərdə tutulur.
Bölməyə aid digər xəbərlər