11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
Nəzrin Mansurovanın komaya düşməsi barədə yoxlama başlanılıb - RƏSMİ

Nəzrin Mansurovanın komaya düşməsi barədə yoxlama başlanılıb - RƏSMİ


Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) yoxlama başlanılıb.

Bu barədə "Report"un sorğusuna AEM-dən bildirilib.

"Baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlama başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurova sonradan komaya düşüb. İddia olunur ki, onun beyninə çirk yayılıb.

Tarix: 10-01-2025, 11:47 Oxunub: 48


Bölməyə aid digər xəbərlər
31-01-2023, 17:20 Prezident fərman imzaladı