Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov - Azərbaycan Respublikası multikultural bir ölkə olaraq bütün xalqların dini və milli bayramlarına hörmət və ehtiram göstərir, ərazimizdə yaşayan digər millətlərin öz adətlərini həyata keçirməsinə şərait yaradır. Bütün dünyaya mümunə olacaq multikultural ənənələr bizi bir dövlət olaraq daha da güclü edir. Azərbaycanda yaşayan xalqların vahid Azərbaycan dövlətinin ətrafında daha da möhkəm və sıx birləşmələrinə, dövlətlərinə sadiqliyinə səbəb olur.
Qarşıdan müqəddəs Qurban bayramı gəlir. Hər il bütün müsəlman dünyası təfindən qeyd edilən Qurban bayramı bu il xüsusi əhəmiyyət kəsb edir. Ordumuzun 44 günkük zəfərindən sonra təqvimdə çoxalan zəfər bayramlarının fonunda Qurban bayramının təntənəsi daha da artdı. Torpaqlarımızın işğalda olduğu 30 il ərzində çox diləklər dilədik, çox qurbalar arzu etdik. 30 il ərzində xalqımızın hər bir vətəndaşı doğma ata – baba yurdunun azad olunması üçün qurban kəsəcəyini diləmişdi. Xalqımızın igid övladları bu xoş günün gəlməsi, qələbə müjdəsinin yolunu qanlı döyüşlərdən keçəcəyini çox yaxşı bilirdi. Canını və qanını Vətən uğrunda fəda edən igidlərimiz bu arzularımızı gerçəkləşdirdi. 44 günlük döyüşlər zamanı ordumuz bir –birinin ardınca azad etdiyi torpaqlar şəhid qanıyla suvarılmış, uğrunda yüzlərlə şəhid öz canını fəda etmişdir.
Builki Qurban bayramı diləklərimizin hasilə yetdiyi bir bayram olacaq. Bu il işğaldan azad olan yurd yerlərimizdə illərdən sonra ilk dəfə bayram namazları qılındı, doğma torpaqlarımız azan səsi ilə bir daha isindi.
Qəlbimizdəki diləklərin nazil olması üçün canından keçən şəhidlərimizin, qazilərimizin amallarının təntənəsidir, bayramlarıdır qarşılayacağımız Qurban bayramı. Azərbaycan xalqına bayramlar çox yaraşır.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovdur.
Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Himalay Məmişov bu işin müqəddəsliyini qoruyub saxlayır. Himalay Məmişov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Himalay Məmişovdan danışdılar yaxşı ki, Himalay Məmişov Dövlət Sosial Müdafiə Fondunun sədridir… Himalay Məmişov öz isguzarlığı ilə tanınır və seçilir….
2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakultəsinin bakalavr pilləsini, 2009-cu ildə fərqlənmə ilə həmin fakultənin magistr pilləsini və 2017-ci ildə huquq fakultəsinin doktorantura pilləsini bitirib.
2007-2008-ci illərdə magistr təhsili aldığı Bakı Dövlət Universitetindən akademik məzuniyyət götürərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir.
2008-ci ildə əmək fəaliyyətinə Avropa İttifaqının Azərbaycan Respublikasına Texniki Yardımı üzrə Koordinasiya Bürosunda başlamış, fəaliyyətini İqtisadi İnkişaf Nazirliyində (hazırda İqtisadiyyat Nazirliyi) müxtəlif vəzifələrdə davam etdirmiş, Layihə İdarəetmə Qrupunun üzvü olmuşdur.
2011-ci ildə Gürcüstanda CABİR Regional Təlim Proqramını, 2013-cü ildə ABŞ-ın Georgiya Universitetində UGA təlim kursunu bitirmişdir.
2011-2018-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsində işləmişdir.
2012-2013-cü illərdə həmçinin, Bakı Dövlət Universitetinin hüquq fakultəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Çoxsaylı elmi məqalə və monoqrafiyaların müəllifidir.
2018-ci ilin avqust ayında Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında Sosial təminat siyasəti şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir.
2019-cu ilin yanvar ayında əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunmuşdur.
2019-cu ilin 1 mart tarixində Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə Dövlət Sosial Müdafiə Fondunun direktoru vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qulluğunun baş müşaviridir. İngilis, rus və türk dillərini bilir.
Himalay Məmişov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Himalay Məmişovu heç vaxt əqidəsindən döndərə bilməz.
Himalay Məmişov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Himalay Məmişov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Himalay Məmişov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Himalay Məmişovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Himalay Məmişov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Himalay Məmişov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Dövlət Sosial Müdafiə Fondunun sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Himalay Məmişov özünü doğruldub. Bizdə hörmətli Himalay Məmişovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Bölməyə aid digər xəbərlər