09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
"Vilayət Eyvazov mənə dedi ki..." - Kəramət Böyükçölün atası

Xəbər verdiyimiz kimi, tanınmış yazar Kəramət Böyükçöl Bakı Şəhər Narkoloji Dispanserinə yerləşdirilib. Bu barədə mətbuata atası, şair Qəşəm Nəcəfzadə məlumat verib. O bildirib ki, Kəramət Böyükçöl spirtli içkiyə qurşandığına görə dispanserə aparılıb, lakin hələ onunla əlaqə saxlaya bilməyib. Eyni zamanda Qəşəm Nəcəfzadə oğluna baş çəkəcəyini də qeyd edib.
Musavat.com Kəramət Böyükçölün vəziyyəti ilə bağlı məlumat almaq üçün atası, yazıçı Qəşəm Nəcəfzadə ilə əlaqə saxlayıb. Qəşəm Nəcəfzadə hələ ki, oğlunu görə bilmədiyini bildirdi:
“Hələ ki, Kəraməti görməmişəm. Onu bu gün günorta saat 2-də Narkoloji Dispanserə yerləşdirdilər. Mən özüm onun arxasınca getmədim. Çünki o mənə çox güvənir və mənə deyəcəkdi ki, burada qalmaq istəmirəm. Mən də kövrələrək onu götürüb gələcəkdim. Amma onun müalicəyə ehtiyacı var. Ona görə də mənə də xəbər edəndə dedim ki, sən gəldiyin yolun son mənzili buradır. Bilmirdinmi bura qədər gələcəksən? Narkoloji Dispanserə yerləşdirilsə o, alkoqolizmdən müalicə olunur. Kəraməti xroniki alkoqolizmdən müalicə edirlər. Bəzi dostlar sual verir ki, narkotik istifadə edirdimi, mən cavab verirəm ki, yox dispanserin tərkibində alkoqolizmdən müalicə də var. Sonra sual verirlər ki, siyasi məsələyə görəmi oraya yerləşdiriblər. Axı, siyasi məsələyə görə dispanserə yerləşdirmirlər. Bura yalnız xəstəliyin müalicəsi üçündür. Kəramətin alkoqolizmdən müalicəsi təbii ki, olmalıydı. Sabah onun yanına gedəcəm. Görüm, vəziyyəti necədir?”
Qəşəm Nəcəfzadə zaman-zaman mətbuata verdiyi açıqlamaların yanlış dərc edildiyini də bildirdi:
“Mən körpə vaxtından Kəramətə bir ümumi dəftər tutmuşam və anadan olannan bəri onun bədəni hansı iynələr götürür, hansı dərmanlara reaksiyası necədir, nə peyvəndlər olunub- hamısını yazmışam. Ona nə zaman nə isə olursa dərhal mənə zəng elətdirir ki, görün atam nə deyir, bu iynəni mənə vurmaq olarmı? Bir dəfə hansısa media orqanına müsahibə verəndə demişdim ki, qorxuram ona hansısa iynə əks- reaksiya verər. Götürüb yazmışdılar ki, Qəşəm müəllim deyir ki, qorxuram oğlumu müəyyən statuslar yazdığına görə iynə vurub öldürərlər. Mən hansısa bir iynənin Kəramətə əks reaksiyasından danışıram. Bütün müalicələrdə dimedrol istifadə edildiyi halda Kəramətə dimedrol reaksiya verir. Bu şeyləri həmin dəftərində qeyd etmişəm və üç övladımın hər birinə də körpəlikdən o dəftəri tutmuşam. İndi nə edim, Allahın işidir. Kəramət müalicə olunmalıdır. Mən də atayam, pis oluram, sarsılıram , amma nə etmək olar… Bu adam mənim sözümə baxmır”.
Kəramətin bu cür statuslarına hökümət dözümlü yanaşırmı sualına cavab verən Qəşəm Nəcəfzadə bildirdi ki, hakimiyyət, dövlət həmişə ona qayğı ilə yanaşır:
“Kəramət düz eləmir. Bir var insan analitik təhlil edə, jurnalist mövqeyini ortaya qoya, bir də var içkinin təsiri ilə 3-4 cümləlik bir söz deyə…Kəramət dövlətimizə dövlətçiliyimizə, vətənimizə, Şuşamıza bağlı insandır, dövlətini sevən oğlandır. Bir dəfə sizin Musavat TV-də də demişdim ki, mən yaltaq böyütməmişəm, rüşvətxor böyütməmişəm , amma belə bir insan böyütmüşəm. Kəramət düzgün etmir. Keçən dəfə o həbs olunanda cənab nazir Vilayət Eyvazov mənə zəng etdi. İlk cümləsi də belə oldu ki, onu tanıyıram, oxuyuram. Sizi də tanıyıram, oxuyuram. Və cənab prezidentin iradəsi ilə o, azad olundu. Bu böyük etimaddır, harada olursan ol, adam dövlətinə söykənəndə daha gözəl olur. Kim sənə arxa durursa dursun, amma dövlətin sənə dəstək olması başqadır. Söhbət dövlətdən gedir. Kəramətə həmişə qayğı ilə, sayğı ilə yanaşıblar. Amma burada məsələ içkidən gedir. O xroniki xəstədir. Gecənin bir aləmində içir və beyni qarışır, belə şeylər yazır və görürəm ki, səhər onu silir. Oğlum düz eləmir. Mənim sözümə də baxmır”.
Qəşəm Nəcəfzadə Qarabağın işğaldan azad olunması ilə bağlı dövlət başçısının apardığı siyasətdən də danışaraq, onun təqdirə layiq olduğunu bildirdi: “ Bizim Qarabağ problemimizi nə ötən əsrdə, nə də bu əsrdə həll edən bir dövlət lideri olmamışdı.
Prezident bu gün həm Avropa ilə vuruşur, həm İranla vuruşur. Görün bu insan nə qədər sıxılır, nə qədər təzyiqlərə məruz qalır. Həmin təzyiqlər altında Şuşanı xilas etmişik. Qarabağı azad etməyin yolunu tapmışıq və ən optimal variant da budur. Bəziləri deyirlər ki, gərək Xankəndini də vurub keçərdi, oradan da Göyçəyə adlayardı. Amma bütün bunlar nağıldır. Yavaş- yavaş etmək lazımdır. Bu böyük bir siyasətin nəticəsidir, o da dəmir yumruq siyasətidir. Digər yumruğumuz da mətbuat olmalıdır, qələm-kitab olmalıdır. Bu mənada nöqsanlar varsa, onları demək olar. Amma gözünü yumub hər şeyi inkar etmək ən azından insanlığa uyğun deyil”.
Bölməyə aid digər xəbərlər

Tarix: 8-10-2021, 10:14 Oxunub: 97
Bölməyə aid digər xəbərlər
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 13:25
AQTA 72 obyektdə qayda pozuntuları aşkarladı - SİYAHI
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 20:58
AQTA 84 obyektdə kobud qayda pozuntuları aşkarladı
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
19-07-2020, 22:35
Daha 72 obyektdə qayda pozuntuları aşkarlandı - FOTO
12-07-2020, 15:20
Ölkə üzrə 210 obyektdə reyd keçirildi - FOTO
11-07-2020, 14:43
AQTA əməkdaşları 73 obyektdə pozuntular aşkarladı - FOTO
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
10-07-2020, 13:55
AQTA əməkdaşları 164 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirdi - FOTO
9-07-2020, 20:53
AQTA qaydaları pozan 84 obyekt aşkarladı - YENİLƏNİB + FOTO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
7-07-2020, 16:49
AQTA 95 müəssisədə qayda pozuntusu aşkarladı - SİYAHI