Türk lirəsi 19 qəpikdən aşağı düşdü - Tarixdə ilk

Türk lirəsi 19 qəpikdən aşağı düşdü - Tarixdə ilk


Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1897 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.

“Bu, ötən günün rəsmi məzənnəsi ilə müqayisədə 0,89% azalma deməkdir.

Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi isə cari ilin sentyabrın 30-da - 0,1906 manat qeydə alınmışdı.

Qeyd edək ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.

Denominasiyadan sonra cari ilin iyunun 2-də lirə 0,20 manatdan aşağı düşüb.

Tarix: 11-10-2021, 09:39 Oxunub: 49


Bölməyə aid digər xəbərlər