12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ağdam rayonu dirçəliş dövrünü yaşayır





Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidəqazanıb. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanacaq baş plan əsasında bərpa olunacaq. Ağdam şəhərinin Baş Planı əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır. 2021-ci 28 may tarixində həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdur.
Ölkə başçısı İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfər etməsi xoş bir ənənə halına çevrilib. Prezident İlham Əliyev, fevralın 13-də növbəti dəfə işğaldan azad olunmuş Ağdam rayonuna səfər edib və səfər çərçivəsində bir sıra təməlqoyma mərasimlərində iştirak edib. Artıq işğaldan azad olunmuş ərazilərə“Böyük Qayıdış” başlayıb. Verdiyi bütün vədləri tamlıqla yerinə yetirən Azərbaycan prezidenti, bu gün, işğaldan azad olunmuş ərazilərin azadlığı ilə bağlı səsləndirdiyi fikirləri reallığa çevirməkdədir. İkinci Qarabağ müharibəsinin başa çatmasından qısa müddət keçməsinə baxmayaraq, ölkə başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işləri, infrastruktur layihələri həyata keçirilir. Həyata keçirilən layihələr Ağdamın və ümumilikdə bölgənin gələcək iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamda həyata keçirilən sürətli quruculuq və infranstruktur layihələri nəticəsində Ağdam şəhəri Azərbaycanın böyük sənaye, turizm, iqtisadi mərkəzlərindən birinə çevriləcək.
Aludə Məmmədova, 170 saylı tam orta məktəbin tarix müəllimi


Tarix: 17-02-2022, 17:29 Oxunub: 15


Bölməyə aid digər xəbərlər