11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Səttar Möhbalıyev: “Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli maraqlarına uyğundur”

“Azərbaycanın qonşu dövlətlərlə münasibətləri mehriban qonşuluq prinsiplərinə əsaslanır, etibarlı tərəfdaş kimi hər zaman öz dəyişməz mövqeyini nümayiş etdirir. Dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi fəaliyyətinin əsas qayəsini regionda sülh və təhlükəsizliyin, sabitliyin təmin olunması təşkil edir. Təbii ki, bu, region dövlətlər tərəfindən yüksək qiymətləndirilir və Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər. Bu xüsusda Rusiya ilə münasibətlərimizi yüksək dəyərləndirərdim. Bütün sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Deyərdim ki, bu münasibətlər hər iki dövlətin qarşılıqlı maraqları çərçivəsində bütün sahələrdə özünü göstərir və hər iki dövlətin milli mənafeyinə əsaslanır. İqtisadi-ticari əlaqələrimizə nəzər salsaq, görərik ki, bu sahədə ildən-ilə artım müşahidə olunur. Belə ki, əmtəə dövriyyəsinin həcmi 3 milyard dolları keçib. Bu da, təbii ki, yüksək göstəricidir. Ölkəmizdə qeyri-neft sektorunun sürətli inkişafında da şimal qonşumuzla əlaqələr mühüm rol oynayır. Bu sahədə istehsal olunan mallar daha çox Rusiya bazarlarına ixrac olunur”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, hal-hazıradək ölkələrimiz arasında hüquqi baza təşkil edən 245 sənəd imzalanıb: “Bunların arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il tarixli Müqavilə, dostluq və strateji tərəfdaşlıq haqqında 2008-ci il tarixli Bəyannamə və hər iki ölkə prezidentlərinin 2018-ci il tarixli Birgə Bəyanatı münasibətlərimizin strateji xarakterini müəyyənləşdirib. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində fevralın 22-də Moskvada imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” bəyannamə artıq münasibətlərimizi müttəfiqlik səviyəsinə qaldırı. Bu da hər iki ölkənin milli maraqlarına tam cavab verir, xalqlarımız arasında mövcud olan dostluq bağlarını daha da möhkəmləndirəcək. Bəyannamə iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmasında əhəmiyyətli rol oynayacaq. Müstəqillik, dövlətlərimizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı məsələsi bəyannamədə xüsusi olaraq vurğulanır və müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimizin əsasını təşkil edir. Burada sülh və təhlükəsizlik məsələlərinə də xüsusi önəm verilir. Təbii ki, bu da dövlətimizin maraqları ilə tam uzlaşır. Bəyannamədə Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının yer alması diqqət çəkən məqamlardandır. Bildirilir ki, bəyanatların müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək veriləcək. Buradan çıxış edərək deyə bilərik ki, Ermənistan tərəfi imzaladığı bəyanatlarla üzərinə düşən öhdəlikləri mütləq yerinə yetirməlidir. Bu, regionda sabitliyin davamlı olması baxımdan xeyli əhəmiyyətlidir. Qeyd edək ki, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, qalib dövlət olaraq yaratdığı yeni konfiqurasiya, regionda sülh və təhlükəsizlik naminə səyləri, görünür, bütün dövlətlər, o cümlədən Rusiya tərəfindən də yüksək qiymətləndirilir və Azərbaycanla müttəfiqlik münasibətlərində maraqlıdır”.
“Ümumilikdə bəyannamə iki ölkə arasında mövcud olan münasibətlərin müttəfiqlik mərhələsinə keçməsinə şərait yaradır. Eyni zamanda iqtisadi əlaqələrin inkişafına, qarşılıqlı investisiya qoyluşunun artmasına, turizim əlaqələrinin genişlənməsinə, bununla da xalqlarımızın rifah halının daha da yaxşılaşmasına yeni imkanlar açacaq. Yeri gəlmişkən, qətiyyətlə deyə bilərik ki, bəyannamə Ermənistanın uydurduğu digər bir mifin məhv olmasına gətirib çıxardı. Onlar uzun illər iddia edirdilər ki, Rusiya Ermənistanın ən yaxın müttəfiqidir. Hətta işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad edərkən ermənilər Rusiyanın onlar tərəfindən döyüşəcəyini iddia edirdilər. Amma dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Ermənistanın bu kimi niyyətlərini puça çevirdi”, - Milli Məclisin deputatı deyib.
Bölməyə aid digər xəbərlər

Tarix: 23-02-2022, 09:00 Oxunub: 80
Bölməyə aid digər xəbərlər
4-02-2022, 15:18
Səttar Möhbalıyev: “Cənub Qaz Dəhlizi dövlətimizin enerji siyasətinin məntiqi nəticəsidir”
31-01-2022, 10:50
Səttar Möhbalıyev: “Azərbaycan gəncləri gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsidir”
15-11-2021, 09:27
Azərbaycanın dünyada yaratdığı yeni düzən: Türk birliyinə doğru...
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
28-07-2020, 15:49
Ermənistanın Tovuz təxribatının görünən nəticələri haqda
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
17-07-2020, 23:19
Azərbaycan və Türkiyə arasında əməkdaşlıq məsələləri müzakirə edilib
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI