11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin idmançılarla görüşü onları yüksək nailiyyətlərə ruhlandıran ən güclü stimul olacaq”

Azərbaycanın bu gün dünyanın aparıcı idman ölkələrindən biri olması beynəlxalq idman ictimaiyyəti tərəfindən də təsdiq olunmuş bir faktdır. Bir tərəfdən idmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə əldə etdikləri yüksək nəticələr, digər tərəfdən də Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri ölkəmizə bu statusu qazandırmışdır. Əlbəttə ki, bu nailiyyətlərin əldə olunması birmənalı olaraq Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısı və ölkəmizin Prezidenti İham Əliyevin uğurla həyata keçirdiyi gənclər, idman siyasəti sayəsində mümkün olub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
A.Naxçıvanlı bildirib ki, Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasının aktivinə yazılmış ilk qızıl medal da idmançılarımızın yüksək fiziki hazırlığından və mənəvi əhval-ruhiyəsindən xəbər verir: “Məlum olduğu kimi, hazırda qardaş Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçirilir. Yarışların yeni başlamasına baxmayaraq Azərbaycan idmançıları artıq bir qızıl medal əldə ediblər. Əlbəttə ki, bu hələ yalnız başlanğıcdır. Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Türkiyəyə işgüzar səfər çərçivəsində avqustun 9-da V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşləri idmançılarımızı daha böyük nailiyyətlərə ruhlandıran ən güclü stimul olacaq. Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində Azərbaycan Prezidentinin idmançılarla görüşüb onlarla söhbətləşməsi artıq bir ənənə halını alıb. Bu ənənə isə Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxladığının daha bir təsdiqidir. Məhz bu diqqətin nəticəsidir ki, Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır və bizim idmançılarımızın qələbələri həm Olimpiya Oyunlarında, həm də dünya və Avropa çempionatlarında artıq adi hala çevrilib”, - deyə deputat qeyd edib.
Daha sonra deputat IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirildiyini xatırladaraq bunları deyib: “Bu məqamda əlbəttə ki, 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını da xatırlamaq yerinə düşər. Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan digər beynəlxalq idman tədbirləri kimi, İslam Həmrəyliyi Oyunlarını da ən yüksək səviyyədə keçirməyi uğurla bacarmışdı. Bu mötəbər yarışın Bakıda təşkili irimiqyaslı beynəlxalq idman tədbirlərinin keçirilməsində respublikamızın malik olduğu potensial imkanları bir daha nümayiş etdirmiş, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında idman əlaqələrinin daha da genişlənməsinə səbəb olmuş, Azərbaycanın beynəlxalq idman aləmində nüfuzunun bir qədər də artmasını təmin edib. Ölkəmizin Prezidenti İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, bu gün qardaş Türkiyədə də idmançılarımız yeni dostlar tapacaqlar. Çünki İslam Həmrəyliyi Oyunları həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən güclü amildir”.
A.Naxçıvanlı vurğulayıb ki, bu gün idmançılarımızı yüksək nailiyyətlərə ruhlandıran ən vacib amillərdən biri də onların artıq qalib ölkənin təmsilçiləri olmalarıdır: “Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin bir qolu kimi ölkə gənclərinə və idmanın inkişafına göstərilən xüsusi diqqət, qayğı idmançılarımızın yüksək nəticələr əldə etməsini şərtləndirən əsas amillərdir. Lakin bu gün idmançılarımız üçün böyük stimul kimi çıxış edən daha bir vacib məqam mövcuddur. Bu stimul iki il bundan əvvəl əldə olunmuş tarixi Qələbəmizdir. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini möhtəşəm Zəfərlə başa vurduqdan sonra idmançılarımız da artıq bütün beynəlxalq yarışlarda məhz qalib ölkənin təmsilçiləri, qalib xalqın nümayəndələri kimi çıxış edirlər. Öz çıxışında Prezident İlham Əliyev qeyd etdi ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Əlbəttə ki, döyüş meydanlarında əldə olunmuş tarixi Qələbə idman yarışlarında da yüksək nəticələr əldə etmək üçün ən güclü stimuldur. Heç bir şübhə yoxdur ki, Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında əldə edəcəkləri nailiyyətlərlə bunu bir daha təsdiq edəcəklər”.
Bölməyə aid digər xəbərlər

Tarix: 10-08-2022, 09:06 Oxunub: 202
Bölməyə aid digər xəbərlər
9-04-2022, 16:39
Rüstəm Nağıyev: “Azərbaycan bütün qələbələrini ləyaqətlə qazanır”
20-03-2022, 14:26
Səttar Möhbalıyev: “Şərqi Zəngəzurda və Qarabağda idman infrastrukturunun yaradılması ölkə idmanının inkişafına yeni güc qatacaq”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
21-02-2022, 09:00
Azər Həsənov: “Mehriban xanım Əliyevanın fəaliyyəti ölkəmizdə idman hərəkatının davamlılığına misilsiz töhfələr verir”
29-01-2022, 16:11
Aqiyə Naxçıvanlı: Prezident İlham Əliyev erməni faşizmini dirçəltmək istəyənlərə bir daha xəbərdarlıq etdi
28-01-2022, 13:23
Kamaləddin Qafarov: “Azərbaycan gəncliyi öz adını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdı”
7-09-2021, 13:18
Prezident yeni naziri qəbul etdi
30-08-2021, 09:00
Azərbaycan cüdoçuları Paralimpiya Oyunlarında hamını qabaqladı - FOTO
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi