Türkiyə ilə İsrail arasındakı diplomatik gərginlik pik həddə çatıb

Türkiyə ilə İsrail arasındakı diplomatik gərginlik pik həddə çatıb


HƏMAS lideri İsmayıl Haniyənin ölümündən sonra Türkiyə ilə İsrail arasındakı diplomatik gərginli pik həddə çatıb. Tərəflər bir-birinin ünvanına ən sərt ifadələr işlətməkdən belə çəkinməyiblər.

İsrail xarici işlər naziri İsrael Katzın Haniyənin ölümü ilə bağlı Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına işlətdiyi sərt ifadələrin arxasınca İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə daha irəli gedərək deyib: "Türkiyə səfirliyinin əməkdaşları bayrağı tamamilə götürüb evlərinə qayıda bilərlər".

Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkələrdə İsrail xarici işlər nazirinə cavab verib:

“Bura bax, ey psixopat qatil! Nə qədər ki, siz günahsız insanların qanını udduğunuz murdar ağzınızla Rəcəb Tayyib Ərdoğanın adını tələffüz edəcəksiniz, biz onu daha da dəstəkləyəcəyik və daha da qətiyyətlə müdafiə edəcəyik. Prezidentimizin və ölkəmizin sizin kimi qaniçən soyqırımı qatillərindən öyrənəcəyi heç nə yoxdur!"

Fəxrəddin Altun onu da əlavə edib ki, bütün bunlara görə bir gün mütləq cavab verməli olacaqlar.

Tarix: 5-08-2024, 10:41 Oxunub: 25


Bölməyə aid digər xəbərlər