12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rus iqtisadiyyatı 2020-də 3,1% kiçilib

Rusiya Federal Statistika Komitəsi (Rosstat) 2020-ci ilə aid ümumi daxili məhsul (ÜDM) məlumatlarını açıqlayıb.
QanunXəbər.com xəbər verir ki, Rusiya iqtisadiyyatı, yeni növ koronavirus (Kovid-19) epidemiyasının təsiri ilə 2020-ci ildə 3,1% azalıb.
Rusiyanın cari qiymətlərlə milli gəliri keçən il 106,6 trilyon rubl (təxminən 1,4 trilyon dollar) səviyyəsində reallaşıb.
Ölkə iqtisadiyyatının kiçilməsinə Kovid-19 epidemiyasına qarşı tədbirlər və neft-qaz qiymətlərinin düşməsi səbəb olub. 
Rusiya İqtisadiyyat Nazirliyi, ölkə iqtisadiyyatının 2020-ci ildə 3,8% azalacağını nəzərdə tuturdu.


Tarix: 2-02-2021, 08:25 Oxunub: 75


Bölməyə aid digər xəbərlər