12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Türkiyənin 10 mərhələli sensasion planı

Türkiyənin kosmik güc olmaq üçün etdiyi cəhdləri son 5 ildə bir neçə dəfə dilə gətirmişəm. Türklər 2000 km məsafəli ballistik raketlər üçün yaxşı imkan əldə edib.
QanunXəbər.com xəbər verir ki, bu açıqlama ilə Yunanıstanın "Bluesky" televiziya kanalının jurnalisti İoannis Teodoratos çıxış edib.
2018-ci ildə Türk Kosmik Agentliyinin qurulduğunu deyən İ.Teodoratos Türkiyənin 10 mərhələli bir plan həyata keçirəcəyini iddia edib:
"Əvvəlcə, türk loqotipi olan bir raket göndərərək, Ayın səthinə vuracaqlar. İkinci addım kosmik şirkətdir. Dövlət subsidiyaları ilə məşğul olacaq şirkətlər qurmağa başlayacaqlar. Üçüncüsü, Türk GPS-i. Bu, yalnız bizi deyil, israilliləri, amerikalıları və rusları da narahat etməlidir. Başqa sözlə, bir peyk dizayn edən türklər yalnız hərbi məqsədlər üçün deyil, həm də öz mənafelərinə uyğun olaraq yer müəyyən etmək qabiliyyətinə sahib olacaqlar.
Dördüncü addım kosmik mərkəzdir. Bu mərkəz Somalidə olacaq. Beşincisi, hava proqnozu ilə əlaqəli sahələrə investisiya qoyuluşudur. Bu olduqca ciddidir. Hava olayları və şərtləri ilə bağlı proqnozlar pul deməkdir. Bu, həmçinin Türkiyənin beynəlxalq səhnədə mövqeyini sağlamlaşdıracaq.
Altıncı addım astronomik müşahidələr, teleskoplar, habelə meteoritlər haqqında məlumat verə biləcək peyklərdir. Söhbət yalnız meteorit və ya planetlərdən deyil, həm də rəqiblərin peyk sistemlərinə casusluqdan gedir.
Yeddincisi - kosmik sənayenin inkişafı. Burada söhbət təhsil alacaq yeni nəsil texniklərdən gedir.
Səkkizincisi, kosmik texnologiya ilə məşğul olacaq bir mərkəzin yaradılmasıdır. Doqquzuncu, astronavtların təlimi, sonuncu mərhələ isə 2031-ci ildə baş verəcək bəlli bir şeydir.
Bunlar türklərin hədəfləridir. Məqsəd 2028-ci ildən 2031-ci ilə qədər türk astronovtları yetişdirməkdir".

 

Tarix: 27-02-2021, 09:00 Oxunub: 110


Bölməyə aid digər xəbərlər