12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Türkiyə sərhədi ermənilərin üzünə açır - tarix dəqiqləşir, amma...
Alican sərhəd keçid-məntəqəsində hazırlıq işləri gedir; Ankara addımlarını Bakı ilə sinxronlaşdırır
İğdır vilayətinin Dilucu-Aralıq xətti üzərində, Araz çayı hövzəsində yerləşən və Türkiyənin Ermənistanla birbaşa quru sərhədindəki ən vacib keçid nöqtələrindən biri olan Alican sərhəd-keçid məntəqəsində hazırlıq işləri gedir. Türkiyə mətbuatı xəbər verir ki, Alican sərhəd-keçid məntəqəsinin yaxın günlərdə açılması gözlənilir. Burada intensiv işlər aparılır, sürətli hazırlıq prosesi başlanıb.
“Türkiyə yeni ildən Ermənistanla sərhədi qismən açmağa hazırdır”. Bunu isə “Hraparak” nəşri yazıb. Məlumata görə, sərhəd qismən açılacaq və üçüncü ölkə vətəndaşları və diplomatik pasporta sahib şəxslər oradan keçmək imkanına malik olacaqlar. Bildirilir ki, yük daşımaları üçün sərhəd hələ bağlı qalacaq.
Sirr deyil ki, Qarabağ müharibəsindən sonra başlanmış normallaşma prosesi Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə yeni mərhələyə keçidi şərtləndirib. Aparılan danışıqlar nəticəsində əvvəllər yalnız protokol məqsədilə istifadə edilən Alican keçidinin tamhüquqlu gömrük xidməti göstərməsi üçün yenidən qurulması qərara alınıb. Bu çərçivədə gömrük sahəsinə müasir hərbi konteynerlər gətirilib, hərbi post üçün ayrıca zona ayrılıb. Eyni zamanda gömrük əməliyyatlarının səmərəli təşkili üçün əlavə xidmət sahələri inşa olunur.
Quru sərhədin yanvarın 1-dən qismən açılmasına Bakının münasibəti necə olacaq? İrəvana qarşı tranzit qadağasını ləğv etdiyimiz və neft məhsullarımızı da göndərdiyimiz üçün qardaş ölkənin bu mövqeyinə praqmatik yanaşmalıyıqmı?
Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin bərpa olunması istiqamətində atılan addımlar Azərbaycanla sinxron olaraq edilir: “Yəni əvvəlcədən razılaşdırılmış formada paralel addımlar atılır. Türkiyə və Azərbaycan Ermənistanla bağlı siyasətində koordinasiya edilmiş siyasət həyata keçirirlər. Azərbaycan artıq bilirsiniz ki, yük daşımaları ilə bağlı öz yollarını Ermənistan üçün açıb. Amma Türkiyə hələ açmayıb. Azərbaycan özü Gürcüstan üzərindən Ermənistanla ticarət əlaqələrinə başlayıb, Ermənistana neft məhsulları satır. Ancaq Türkiyənin bu istiqamətdə hələ hər hansı bir addım atdığına şahidlik etməmişik. Bu, onu göstərir ki, iki qardaş ölkə arasında ortaq mövqe sinxron olaraq davam elətdirilir. Əlbəttə ki, uyğun şəkildə əgər yeni ildən xüsusi pasport daşıyan şəxslərin Alican sərhəd keçidini keçərək Türkiyəyə getməsi mümkündür. Nəticə etibarilə bu, hazırkı mərhələdə Azərbaycanla atılan paralel addım kimi qiymətləndirilməlidir”.
Deputatın sözlərinə görə, amma bütövlükdə diplomatik münasibətlərin bərpa olunması, ticari-iqtisadi əlaqələrin tam həcmdə bərpası bundan sonra Ermənistanın davranışlarından asılı olacaq: “Belə görünür Ermənistanda iyun ayında keçiriləcək parlament seçkilərindən sonra sərhədlərin tam açılıb-açılmaması məlum olacaq. O vaxta qədər Azərbaycanla Türkiyə eyni mövqedən çıxış etməklə paralel addımlar atacaqlar. Mənə belə gəlir ki, burada hər hansı bir qeyri-məqbul davranış yoxdur. İki qardaş ölkə strateji müttəfiqlik mövqeyindən çıxış edərək paralel hərəkət edir”.
Bölməyə aid digər xəbərlər

Tarix: 30-12-2025, 08:31 Oxunub: 11
Bölməyə aid digər xəbərlər
26-12-2025, 09:11
Aralıq dənizində böyük oyun: Ankaranın cavab planı
16-12-2025, 09:00
Ərdoğan Tramp-Putin tandemini pozur: Türkiyə Ukrayna savaşında əsas orbitrə çevrilir
27-08-2025, 09:15
Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)
21-08-2025, 19:52
Prezident İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib YENİLƏNİB
24-06-2025, 10:02
Azərbaycan üzərindən Avropaya - Yol qısalır, xərc azalır
26-05-2025, 09:29
Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
29-09-2023, 10:00
Xunta buraxılır, separatçılar həbs edilir: Bəs Qarabağı kim və necə idarə edəcək? - AKTUAL
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 20:53
AQTA qaydaları pozan 84 obyekt aşkarladı - YENİLƏNİB + FOTO