12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
ABŞ-dan Ukrayna-Rusiya müharibəsinin taleyinə təsir edəcək qərar: Bunu heç kim gözləmirdi

ABŞ-dan Ukrayna-Rusiya müharibəsinin taleyinə təsir edəcək qərar: Bunu heç kim gözləmirdi


ABŞ Prezidenti Cozef Bayden Ukraynaya lend-liz əsasında silah tədarükü haqqında qanunu imzalayıb.
"Bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edək ki, qanun layihəsi daha əvvəl Konqresin hər iki palatası tərəfindən təsdiq edilib.

Layihə Cozef Baydenin Ukraynaya müdafiə aktivlərini icarəyə vermək və ya ötürmək, eləcə də digər məqsədlər üçün səlahiyyətlərini genişləndirəcək. Həmçinin aktın qəbulundan sonra Bayden 60 gün ərzində məhsulların tədarükü üçün sürətləndirilmiş prosedurlar yaratmalıdır. Sənəd ABŞ-dan Ukraynaya silah, nəqliyyat, ərzaq və yardımın çatdırılmasının əhəmiyyətli dərəcədə sürətləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb.

Tarix: 10-05-2022, 09:46 Oxunub: 42


Bölməyə aid digər xəbərlər