11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Diaspor fəalı Fransa radiosunda Ermənistanın təxribatı barədə həqiqətləri səsləndirib

Fransada yayımlanan Cənub radiosunun “Berkoff bütün ştatlarda” proqramında Azərbaycan əsilli fransalı politoloq, hüquqşünas, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Zaur Sadıqbəyli ölkəmizin mövqeyini yerli izləyicilərə çatdırıb.
Proqramın aparıcısı Andre Bekoffla debata çıxan soydaşımız öncə Fransa kimi demokratik ölkədə Azərbaycanın dövlət sərhədində baş verənlərin erməni lobbisinin maraqlarına uyğun şəkildə işıqlandırıldığına və Azərbaycan icmasının fikirlərinə yer ayrılmadığına görə yerli medianı sərt tənqid edib.
O, ermənilərin “dənizdən-dənizə” xülyasını “dinazavrutsun - tarixin dinozavrlaşdırılması” adlandırıb: “Hətta (Vladimir) Solovyovun verilişinə dəvət olunmuş bir erməni "bizdə orada yaşayan dinozavrlardan sonra" ifadəsini işlətdi. Əlbəttə, bu gülüncdür. Qarabağa gəlincə, mən hüquqşünas kimi faktlarla danışmağa üstünlük verirəm”.
Diqqəti Kürəkçay müqaviləsinə yönəldən soydaşımız nəzərə çatdırıb ki, 1805-ci ildə Qarabağ xanlığı ilə Rusiya imperiya arasında imzalanan həmin sənəddə qeyd olunub ki, bu ərazi Azərbaycan xanlığınındır: “Bu gün bəhs etdiyimiz İrəvan, Naxçıvan və Zəngəzur da qədim Azərbaycan xanlıqlarıdır”.
Ermənilərin “Stalin Qarabağı bizə verdi” iddiasının əsassız olduğu, bolşeviklərin Siyasi Bürosunun 3 iyul 1923-cü ildə Qarabağı Ermənistana verdiyi, bir gün sonra – 4 iyulda Azərbaycana qaytardığı vurğulanıb: “Daha doğrusu, “Qarabağı Azərbycanın tərkibində saxlayın və muxtariyyət yaradın” deyiblər. Bu, həddindən artıq böyük güzəşt olub”.
Azərbaycanın xəritəsini təqdim edən soydaşımız Ermənistanın vaxtilə işğal etdiyi əzəli ərazilərimizə diqqəti cəlb edib. Azərbaycanın BMT TŞ-nin 4 qətnaməsinə uyğun olaraq öz ərazilərini təkbaşına işğaldan azad etdiyi və Qarabağ iqtisadi rayonundakı “Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonası” adlandırılan problemin həllinin bu ərazinin tamamilə demilitarizasiya olunmasından keçdiyi bildirilib: “Bu müddəa 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişdə öz əksini tapıb”.
Nəzərə çatdırılıb ki, dünyada heç bir ölkə, o cümlədən Fransa öz ərazisində separatçıları qəbul etmək istəmir. “Görün, cənab Prezident Emmanuel Makron nə deyir və mən onunla tam razıyam: “Donbaslılara və separatçı regionlara heç bir güzəşt ola bilməz”. Amma Qarabağa gələndə niyə fransız siyasətçilər “Ah, (Yuxarı) Qarabağ başqadır...” deyirlər. Halbuki bu da bölücülükdür və eyni məsələdir. Bu separatçılar əllərinə silah götürüblər, adamları öldürüblər. Bu gün “separatçılar, rədd olun” deməliyik”.
Zaur Sadıqbəyli əlavə edib ki, Azərbaycan dövləti Qarabağdakı mülki erməni vətəndaşlarına humanist münasibət bəsləyir, yalnız ölkəmizə başqa dövlətin ərazisindən soxulan xarici silahlı adamları qəbul etmir. “Bu, bütün dünyada belədir”.
Bildirib ki, Zəngəzur dəhlizinin bərpa olunması məsələsi Ermənistanın da imzaladığı 10 noyabr 2020-ci il tarixli üztərəfli sazişdə əksini tapıb: “Orada qeyd edilib ki, bu dəhlizin təhlükəsizliyinə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları cavabdehdir. Amma Ermənistan iki ildir bu öhdəliyi də yerinə yetirmir”.
Avropa Birliyinin vasitəçiliyi ilə 31 avqust 2022-ci ildə Brüsseldə baş tutan danışıqlarda Ermənistanın Azərbaycanın 5 şərtini qəbul etdiyi vurğulanıb: “Azərbaycanın Ermənistana ərazi iddiası yoxdur. Biz hər bir dövlətin, o cümlədən Azərbaycanın və Ermənistanın da ərazi bütövlüyünün təmin olunmasını istəyirik. Amma Ermənistan gecə vaxtı diversantları göndərir. Çünki sərhəd çox genişdir və dağlardan keçir. Biz gördük ki, diversantlar ərazilərimizdə yeni minalar yerləşdirirlər. 2020-ci ildən indiyədək 240 nəfər minalardan həlak olub. Hətta onların arasında Azərbaycan jurnalistləri də var. Bu, hiddət doğurur! Odur ki, Azərbaycanın səbrinin sonu gəldi və biz diversantları sıxışdırmağa başladıq. Biz erməniləri çox yaxşı tanıyırıq. Biz güc tətbiq edən kimi onlar say-küy salmağa, kömək üçün qışqırıq salmağa başlayırlar. İndi də bu baş verir. Hərbi diversantların təcavüzü zamanı onların bəziləri əsir düşdü və Azərbaycan Ordusu “şərti” adlanan sərhəddə yüksəklikləri nəzarətə götürdü”.
Zaur Sadıqbəyli fransız izləyicilərinin nəzərinə çatdırıb ki, 1918-ci ilin mart-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində Bakıda 50 min azərbaycanlı, Zəngəzurun isə bütün azərbaycanlı əhalisi qətlə yetirilib: “Həmin illərdə Şərqi Anadoluda 3 milyondan çox müsəlman həlak olub. Amma biz bu barədə danışmırıq. Əgər ermənilərin soyqırımı varsa, azərbaycanlıların, türklərin, kürdlərin də soyqırımı var. Bu, tarixi mübahisədir və Türkiyə arxivlərindəki çoxlu sayda dərc olunan sənədlər də bunu təsdiqləyir”.
Qeyd edək ki, 20 dəqiqə vaxt ayrılan proqram 15 dəqiqə 54 saniyə cəkib. Aparıcının opponentinin danışmasına mane olması səbəbindən Zaur Sadıqbəyli yalnız 9 dəqiqə 17 saniyə müddətində Azərbaycan həqiqətlərini çatdıra bilib. İnternet izləyicilərinin coxsaylı müraciətlərini nəzərə alan soydaşımız debatın transkriptini öz sosial şəbəkə səhifələrində cap edib.
Bölməyə aid digər xəbərlər

Tarix: 23-09-2022, 11:43 Oxunub: 52
Bölməyə aid digər xəbərlər
7-09-2022, 16:00
“Atam demişdi ki, mütləq Azərbaycandan olan bir xanımla evlən” - Van Dammın oğlu - FOTO
29-07-2022, 13:26
ŞƏHİD ZAUR İSMAYILZADƏNİN HƏYAT HEKAYƏSİ…
26-02-2022, 10:12
Fransalı deputat ermənilərin Xocalı ilə bağlı yalanlarını ifşa etdi
31-01-2022, 09:46
Prezident İlham Əliyev AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 16:55
Xaricdəki soydaşlarımızın milli birliyi hansı xainləri və niyə qıcıqlandırır? - TƏHLİL
26-07-2020, 09:40
Dünya Azərbaycanlıları Assambleyası xarici ölkələrdə ermənilərin təxribatları barədə bəyanat yayıb
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU