12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Tükənməz su və neft mənbəyi aşkarlanıb

Günəş sistemində su mənbəyi ola biləcək maddə tapılıb.
Bu barədə Phys.org xəbər yayıb.
Elm adamlarının fikrincə, bu, həmçinin, planetin nüvəsində neft ehtiyatlarının yaranmasına öz töhfəsini verə bilər.
Alimlər hesab edirlər ki, ulduzlararası üzvi maddə tükənməz su və neft mənbəyi ola bilər. Onlar su, karbonmonooksid və ammonyak qarışığını ultrabənövşəyi şüa ilə şüalandıraraq, bu maddənin analoqunu əldə ediblər. Bundan sonra yaranan qarışığı son dərəcə yüksək təzyiq yaradan almaz anvili olan bir hücrədə 24-400 dərəcəyə qədər qızdırıblar.
Yüz dərəcə istilikdə qarışıq homogen olub, lakin 200 dərəcəyə yüksəldikdə iki fazaya bölünüb. 350 və daha yüksək dərəcədə isə təmiz su damcıları əmələ gəlib. Nümunədən su ilə yanaşı, xam neftdə tapılan oxşar birləşmələr aşkarlanıb.


Tarix: 22-07-2020, 10:55 Oxunub: 30


Bölməyə aid digər xəbərlər