Rus politoloq: "Azərbaycan bir neçə saatdan sonra..."

Azərbaycan Dağlıq Qarabağda hərbi qələbəyə yaxındır. Ola bilsin ki, bir neçə saatdan sonra Azərbaycan Ordusu mövqeləri tutacaq və bu mövqelər Ermənistan ilə Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizini atəşlə dayandırmağa imkan verəcək.
QanunXəbər.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov sosial şəbəkə hesabında qeyd edib.
S.Makrov bildirib ki, Ermənistan ordusunun tam çarəsiz vəziyyətdə qalması çox yaxındır:
"Şimal dəhlizi təxminən bir həftə əvvəl bloklanmışdı. Orada hər şey atəş altındadır. Azərbaycan Ordusu da havada tam üstünlüyə malikdir. Dağlıq Qarabağın cənub dəhlizinin hərbi blokadasından sonra Ermənistan ordusu çarəsiz vəziyyətdə qalacaq. O zaman müharibənin davam etməsi erməni hərbi formalı vətəndaşların məhvinə çevriləcək. Bu, artıq heç kimə lazım deyil".
Politoloq qələbədən sonra hansı proseslərin baş verəcəyini proqnozlaşdırıb:
"Düşünürəm ki, hərbi qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyev atəşi dayandırmağa və danışıqlara başlamağa hazır olduğunu bəyan edəcək. Bu, artıq barışıq haqqında danışıqlar deyil, sülh haqqında danışıqlar olacaq. Həmin danışıqlar sülh, erməni qoşunlarının Azərbaycanın bütün ərazisindən tam çıxarılması şərtləri və erməni əhalinin vəziyyəti haqqında olacaq. Rusiya bu danışıqlarda əsas təşkilatçı və vasitəçi rolunu oynayacaq. Vladimir Putinin çıxışı bu barədə idi, baxmayaraq ki, bütün bunlar o zaman anlaşılmayıb. Putin artıq bilirdi ki, bir neçə saatdan sonra regionda geosiyasi vəziyyət köklü şəkildə dəyişəcək. Azərbaycan hərbi qələbəyə yaxındır".(axar.az)


Tarix: 25-10-2020, 21:16 Oxunub: 83


Bölməyə aid digər xəbərlər