Azərbaycan Salyan-Biləsuvar yolu üçün böyük məbləğdə borc alacaq

Dünya Bankı Direktorlar Şurası mayın 25-də Azərbaycanda “Məhəlli bağlantılarının inkişafı” adlı yeni yol layihəsi üçün 65 milyon ABŞ dolları məbləğində kredit ayıracaq.
Ümmui dəyəri 95,8 milyon ABŞ dolları olan layihənin məqsədi Salyan-Biləsuvar yolu boyu təhlükəsiz, səmərəli, iqlim dəyişkənliyinə qarşı dayanıqlı hərəkəti təmin etməkdir.
Layihə dörd komponentdən ibarətdir. “Nəqliyyat hərəkəti” adlı birinci komponentin dəyəri 59,24 milyon ABŞ dollarıdır, əsas alt komponent (55,63 milyon dollar) adıçəkilən yolun 31,9-103,3 kilometrləri arasında bəzi hissələrinin ikinci dərəcə səviyyəsində bərpasını nəzərdə tutur.
2 milyon dollar dəyərində “Yol sektorunun dayanıqlılığı” adlı ikinci komponent intellektual nəqliyyat sistemlərinin tətbiqilə yol idarəçiliyinin təkmilləşdirilməsini, yoldan istifadə etmə haqqının elektron formatda ödənişi üçün müvafiq infrastrukturun qurulmasına texniki yardım göstərilməsini nəzərdə tutur.
“Yerli inkişaf və logistika” adlı üçüncü komponentin başlıca tərkib hissəsi yolboyu logistika və bazar obyektlərinin inkişaf etdirilməsini, bunun üçün kiçik sərmayələr yatırılması üçün pilot layihələrinin tətbiqini əhatə edir.
Dördüncü komponent də layihənin idarəetmə məsələlərini əhatə edir.


Tarix: 17-02-2021, 21:03 Oxunub: 66


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı