Məharət Əkbərov-Qobustan rayon sakinlərinin problemlərini yerindəcə həll edir

Bu gün sürətlə inkişaf edən bölgələrimizdən biri də Qobustan rayonudur. Təsadüfi deyildir ki, bu bölgədə indiyədək görülmüş və hal-hazırda da böyük ruh yüksəkliyi ilə həyata keçirilməkdə davam edən quruculuq işləri həm rayonun, həm də ölkənin ictimaiyyəti tərəfindən kifayət qədər yüksək qiymətləndirilir. Qobustanda  bütün sahələrdə dinamik inkişafın getdiyinin şahidi oluruq.Yaradıcı insan, dövlətçiliyə sadiq məmur İcra Hakimiyyətinin Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərovu xarakterizə etmək üçün onun bir çox müsbət xüsusiyyətlərini, işgüzarlığını və peşəkarlığını, yüksək insani keyfiyyətlərini sadalamaq olar. Lakin məhz bu iki xüsusiyyət hər bir dövlət qulluqçusunun şəxsiyyətinin əsas meyar göstəriciləri kimi çıxış edə bilər. O cümlədən Məharət müəllimin xalqa, dövlətə və ölkə rəhbərliyinə qarşı olan sədaqəti və loyallığı onun əmək fəaliyyətində olduğu müddət ərzində dəfələrlə ən ciddi sınaqlardan keçmişdir. İcra Hakimiyyəti Başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Əkbərov barəsində danışarkən belə bir məqam da xüsusi olaraq qeyd olunmalıdır ki, onun rəhbərlik etdiyi ŞÖBƏNİN inkişafına xidmət edən fəaliyyəti və peşəkarlığı eyni zamanda Qobustan rayon sakinləri tərəfindən kifayət qədər yüksək qiymətləndirilir.  İnanırıq ki, Məharət Əkbərov bundan sonra da bütün bilik və bacarığı ilə, yüksək potensialı və peşəkar xüsusiyyətlərilə Qobustanın inkişafı və çiçəklənməsi işinə öz gözəl tövhələrini verməkdə davam edəcəkdir. Bu yolda Məharət Əkbərova yeni-yeni uğurlar diləyirik.


Tarix: 3-06-2021, 04:03 Oxunub: 140


Bölməyə aid digər xəbərlər