“Ermənistan işğalçıdır. Bilirsiniz ki, Ermənistanın işğalı on illərdir davam edir. Minsk üçlüyü təxminən 25-30 ildir bu məsələni masada buraxıb, bu məsələni hələ də həll etməyib, edə bilməyib. Əlbəttə ki, vəziyyətin bu nöqtəyə gələcəyi də bəlli idi”.
Oxu.Az xəbər verir ki, bun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “HaberGlobal” telekanalının müxbirinin Azərbaycan-Ermənistan sərhədində baş vermiş gərginlik və bundan sonra Azərbaycanla hər hansı bir təmasın olub-olması ilə bağlı sualını cavablandırarkən deyib.
“Hazırda Ermənistan daim Azərbaycanın yaşayış bölgələrini atəşə tutur, oralara hücum edir. Bu hücumlar nəticəsində Azərbaycanda öz üzərinə düşəni edir, torpaqlarının, xalqının müdafiəsi üçün lazımi addımları atır. Bu addımları atarkən biz qardaş Azərbaycanı qətiyyən yalnız qoymarıq.
Qardaş Azərbaycana sonuna qədər öz dəstəyimizi verəcəyik. Bilirsiniz ki, cənab İlham Əliyevlə aramızda danışıqlar olur. Son olaraq dünən Azərbaycandan bir heyət də Türkiyəyə göndərilib.
Bu heyət başda Milli Müdafiə nazirimiz olmaqla, qoşun komandanlarımızla birlikdə görüş keçirib. Mən də onlarla telefonda danışdım. Azərbaycanın, azərbaycanlı qardaşlarımızın Qafqaz mübarizəsində olduğu kimi, bu gün də yanındayıq və yanında olacağıq”, - deyə Türkiyə prezidenti bildirib.
Bölməyə aid digər xəbərlər