Çempionluğu qeyd edən “Liverpul”un ulduzunun evi qarət olundu

“Liverpul” futbolçularının çempionluğu qeyd etdiyi zaman yarımmüdafiəçi Fabinyonun evi qarət olunub.
Bu barədə “Liverpool Echo” məlumat yayıb.
Hadisə iyulun 22-də baş verib. “Liverpul” futbolçuları “Çelsi” üzərində 5:3 hesablı qələbədən sonra çempionluğu qeyd edib. Elə bu zaman soyğunçular Fabinyonun evinə soxulub. Evdən bir sıra zərgərlik əşyaları oğurlanıb.
Həmçinin Fabinyonun avtomobili də qaçırılıb. Polislər daha sonra avtomobili tapıblar.


Tarix: 24-07-2020, 09:58 Oxunub: 97


Bölməyə aid digər xəbərlər