Həkim adı çəkiləndə ilk növbədə gözlərimiz önündə xəstələrə şəfa bəxş edən, hər kəsin sağlamlığının keşiyində duran xilaskar bir peşə sahibinin varlığı canlanır. Həkimlər insan üçün ən dəyərli sayılan sağlamlığın keşiyində dayanan şəxslərdir. Bu insanlar daim cəmiyyətdə hörmətlə qarşılanıblar.
Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutu tibb elminin standartlarına cavab verən yeni texnologiyaların, peşəkar və dinamik personalın birləşdiyi bir tibb mərkəzidir. İnstitutda ölkəmizdə və ölkə xaricində, dünyanın ən tanınmış tibbi təhsil müəssisələrində oxumuş və təcrübədən keçmiş mütəxəssisləri uğurlu çalışmaları ilə özlərini doğrultmağı bacarrmışlar. Mamalıq və Ginekologiya İnstitutu Avropa standartlarına tam cavab verən avadanlıqlarla mütəxəssislərin təyin etdiyi dəqiq diaqnozların nəticəsi effektli müalicə imkanı verir.
Mamalıq və Ginekologiya İnstitutunda fəaliyyət göstərən həkim-ginekoloq Natella Vəkilova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən həkimlərimizdəndir.
İlk dəfə qəbuluna gələn xəstəylə o qədər mehriban, səmimi, sakit, özünəinamlı formada inamla danışır, onu hörmətlə dinləyərək xəstənin ürəyindən keçənləri dilinə gətirmək imkanı verir ki, xəstə öz gələcək həkiminə anındaca inanır, savadlı danışıqlarını dinlədikcə isə onun simasında öz xilaskarını tapdığına əmin olur.
Məhz elə bunun nəticəsidir ki, xeberim.info.az xəbər portalına bəzən təşrif buyuran, bəzən də daxil olan məktublar içərisində Natella Vəkilovaya edilən minnətdarlıqların sayı – hesabı yoxdu. Biz jurnalistlərin ümdə borcudur ki, redaksiyamıza daxil olan minnətdarlıqları oxucu kütləsinə çatdıraq.
Hər şeyə görə sağ olun. Kaş ki, imkanım ola bütün ana olmaq istəyən qızlarımıza səslənim.Heç düşünmədən hamınız Natella həkimi seçin. Sayənizdə hamiləlik stresindən, əməliyyat qorxusundan uzaq, şirin xatirələrlə dolu,9 ay keçirdim. Hər ay qəbulunuza gələndə sizi görən kimi olan narahatçılıqlarımı unutdum. İstənilən saatda nə vaxt yazsam, yığsam hər an hər sualımı cavablandırmağınızı , minimum dərmanla bir hamiləlik keçirməyimi unutmayacam. Siz tanıdığım ən gözəl, ən mehriban həkimsiniz. Sakit səsiniz insana hüzur verir, ən ağrılı vəziyyətdə belə hər şeyin gözəl olacağına inandırır.
Daha bir təşəkkür məktubu Hüseynzadələr ailəsindən ünvanlandı:
Hörmətli redaksiya! Mamalıq və Ginekologiya İnstitutunun mama- qinekoloqu Dr. Natella Vəkilova məni əməliyyat masasından geri göndərdi. Natella həkim mənim mələyimə çevrildi. Yumurtalığımda olan kistalalara qarşı mübarizədən sonra ümidlərimin kəsildiyi vaxtda bu həkim tez bir zamanda məni sağlam vəziyyətə qaytardı. Odur ki, ona həyatımı borcluyam. Sən ana ola bilərsən xəbərini eşidəndə həyatda aldığım ən gözəl an oldu o xəbər. Qadın xəstəliklərinə qarşı mübarizədə yaxınlara və Azərbaycan xalqına Dr. Natella Vəkilovaya güvənməyi məsləhət görürəm.
Bölməyə aid digər xəbərlər