Dr.Afət Hüseynova -Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun peşəkar həkim-pulmonoloqu

 
-Şərəfli həyat və fəaliyyət yolu keçmiş həkimin, dəyərli ziyalının ömür yoluna nəzər saldıqca fərəh və qürur hissi duymamaq mümkün deyil. Əvvəlcə onun həkimlik fəaliyyəti barədə düşüncələrimizi bölüşmək istərdik. Bu dünyada dəyərli, qibtə ediləsi hər nə varsa, onu Allah yaradıb. Ancaq deyirlər ki, Allahdan sonra bu heyrətlə dolu dünyada həkimlər də möcüzələr yaradırlar.
-İnsan ömrünün səhifələrini vərəqlərkən, onun həyat salnaməsi nəzərdə çanlanır. Xeyirxah insanlar digərlərinə nümunə olaraq həyatda parlaq, silinməz izlər qoyurlar. İnsan sevincinin işığından mənəvi zövq alan fədakar həkimlərdən biri də uzun illər uğurlu fəaliyyəti ilə hörmət sahibi olan Elmi-Tədqiqat Ağciyəyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Dr.Afət Hüseynovadır.
-Ucaldıqca xidmətləri ilə Azərbaycan tarixinə möhtəşəm bir iz salan ömür yaşadı Afət həkim. Tale yollarının mübariz yolçusuna çevrildi. Zəhməti,fədakarlığı ilə neçə-neçə insanlara, həkimlərimizə örnək oldu. Günəş şəfəqləri aləmə nur saçdığı kimi zəkası-dühasıyla Azərbaycan tibb elminə işıq saçdı.
Redaksiyamıza bəzən təşrif buyuran, bəzəndə məktubla müraciət edən pasientlər Afət həkimin fədakarlıqla çəkdiyi zəhmətini,uğurlu fəaliyyətinin və insanlara ehtiramla yanaşma münasibətlərinin müqavilində ona olan minnətdarlıqlarını təşəkkürlərini dərc etməyimizi xahiş edirlər.
Göydə Allah və yerdə Afət həkim olmaqla mənim qızıma dəqiq diaqnoz təyin etməklə bizə də, yeni bir həyat bəxş etdi. Heç kəs mənim qədər ona minnətdar ola bilməz!
Çox savadlı, işinin peşəkarı və mükəmməl insan. Qızımın sağlamlığını ona borcluyuq. Allah qorusun sizi Dr. Afət Hüseynova.
Afət həkimə göstərdiyi qayğıya və işinə peşəkarcasına yanaşdığı üçün təşəkkür edirəm. Təkcə xəstəni sağaldıb xəstəliyin qarşısını almağı düşünmür, həmçinin xəstəni maarifləndirməyi, gələcəkdə bu gür problemlərlə üzləşməməsi üçün lazımi profilaktik tədbirlərin görülməsi haqqında ətraflı məlumatlar verir.
                                                    Hörmətlə: Məmmədovlar ailəsi

Azərbaycan Nəşriyyatı yazıçı-jurnalistləri adından Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-pulmonoloqu Dr.Afət Hüseynovaya təşəkkürümüzü bildirir, həyatınız nurlu, təltifləriniz axarlı, işləriniz uğurlu olsun deyirik. 


Tarix: 3-01-2021, 17:09 Oxunub: 459


Bölməyə aid digər xəbərlər