Dr. Elşən Rəhimov -Əsl insan və həkim ömrü

“Xəstəlikdən əziyyət çəkən insanları sağlam həyata qaytarmaq həkim üçün böyük məsuliyyətdir. Təyin etdiyim dəqiq diaqnoz peşəmə sevgimi daha da artırır. Sanki, ruhən dincəlirəm”.
                                           Dr. Elşən Rəhimov


Bu kəlmələr, peşəkar bir həkimin daxili aləmindən süzülüb gələn, süzüldükcə paklanan , şəffaflanan, ömür dünyasına işıq saçan, illərin təcrübəsinə söykənən bir həkimin ürək sözləridir.
Bu gün haqqında söz açacağım nəcib insan da məhz həmin müqəddəs sənətin peşəkarı, əsil insan, əsil vətəndaş Elşən Rəhimovdur.
Bu gün şəhər sakinləri və hətta qonşu rayonlardan da onun yanına xəstələr gəlir və şəfa tapırlar. Onu insanlara bu qədər doğma edən isə məxsusi keyfiyyətləridir.
Elşən  həkim hər bir xəstənin öz dilində danışmağı bacaran, hər bir xəstənin çəkdiyi acıları onunla bir yerdə yaşayan xeyirxah, alicənab insandır.
 Dr. Elşən Rəhimovu tanıdığım ilk zamanlardan barəsində yalnız xoş sözlər eşitmişdim. Hospitala getdiyimdə isə eşitdiklərimin və hələ bir qədər də artıq xeyirxahlığının şahidi oldum. Hospitalda yaradılmış bütün şəraitdən səmərəli istifadə edərək xəstələrin rahatlığı üçün əlindən gələn hər bir yaxşılığı edir.
 Hərbi Hospitalda xəstəliyi vaxtında aşkarlanan Rasimin valideyini olaraq bildirirəm ki, oğlum klinikaya daxil olan andan digər tibb müəssisələrindən seçilərək, fərqli abu-hava bizi qarşıladı. Burdakı qarşılaşdığımız nizam intizam, səliqə səhman və stirilizasiya sistemi bir anlıq hətda müayinədə olduğumuzu unutdurur. Mən anası və bütün Rasimin yaxınları bu cür həkimlər qarşısında baş əyirik.
Göydə ALLAH və yerdə Elşən həkim  olmaqla mənim oğluma dəqiq diaqnoz təyin etməklə bizə  yeni bir həyat bəxş etdi. Qürurla deyə bilərik ki,  Azərbaycanda övladlarımızın və demək olar ki hər bir yaş həddində olan insanların sağlamlıqlarının qayğısına qalan belə bir peşəkar həkimlərimiz var.


Tarix: 12-01-2021, 22:51 Oxunub: 191


Bölməyə aid digər xəbərlər