Dr. Yeganə Rəşidova-Pasiyentlərin ümid yeri

Respublikamizin həkim- nevropatoloqu əhali arasında kifayət qədər hörmətlə tanınan Yeganə Rəşidova haqqındadır açıqlamamız. Artıq uzun illərdi ki, bu yolda şərəflə addımlayan Yeganə həkim ömrünün gecəsini-gündüzünü məhz insanların sağlamlığı, yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Yeganə həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimin təyin etdiyi dəqiq diaqnozdan razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar. Çünki bu həkim neçə-neçə insanların həyatına, ömrünə nur, şəfa bəxş etmişdir.

Yeganə Rəşidovanın fikrincə həkim öz ixtisasını dərindən bilməklə yanaşı, əsl ziyalı olmalıdır. Təsadüfi deyil ki, Hippokrat həkimlikdə ən vacib 3 keyfiyyətdən birinin söz olduğunu göstərmişdir. Həkim gözəl nitq qabiliyyətinə malikdirsə, hələ xəstə ilə ilk ünsiyyətində onda ümid, inam yaratmaqla müalicəyə başlamış olur. Həkimin xoş sözü, mehribanlığı, həssaslığı, qayğıkeşliyi xəstənin vəziyyətinə bir qayda olaraq müsbət təsir göstərir. Ailəsindən, qohum və tanışlarından, dostlarından ayrı düşmək xəstələri kövrəldir. Fikrən həssas olan insan, xəstələndikdə daha da həssas olur. Yerində işlədilməyən sözə, hərəkətə qarşı ciddi reaksiya verir. Belə hallarda həkimin qayğısı,səmimiyyəti ən təsirli müalicə vasitəsidir.
Müqəddəs peşəsi, bilik və bacarığı və təyin etdiyi dəqiq diaqnozları ilə neçə-neçə taleyüklü insanların həyat eşqini özünə qaytaran, hər bir xəstənin ürəyində bir ümid çırağı yandıran Yeganə həkim ona müraciət edən xəstələrinin hər zaman sevimlisidir. Bütün nevroloji xəstəliklərin ,eləcə də epilepsiyalı xəstələri müayinə və müalicəsi üzrə peşəkar həkimlərdən sayılır.

Əziz və hörmətli həkim-nevroloq Dr. Yeganə Rəşidova. Sizin elmi biliklərinizin, təcrübənizin bar bəhəri təyin etdiyiniz dəqiq diaqnozlardır. Fəaliyyətiniz boyunca çəkdiyiniz zəhmətlər və yaratdığınız gözəlliklər nuri- ziya olub yollarınıza çilənsin. Bütün işlərinizdə uğurlar, ailənizlə, əzizlərinizlə bərabər sizə sizə uzun ömür və xoşbəxt həyat arzulayırıq. Bir daha Yeganə həkimə uğurlar diləyir, işinin, halal zəhmətinin layiqincə bəhrəsini görməyini arzu edirəm.




Tarix: 29-01-2021, 08:45 Oxunub: 273


Bölməyə aid digər xəbərlər