Peşəkarlıq həkim sənəti üçün xüsusilə vacib olan keyfiyyətdir. Peşəkarlıq isə öz işini dərindən bilib, böyük məhəbbətlə sevməkdən, həmişə yenilik axtarışında olmaqdan, biliyini zənginləşdirməkdən yaranır. Artıq neçə illərdir ki, bu yolda şərəflə addımlayan Dr. Xoşqədəm İbadova ömrünün gecəsini-gündüzünü məhz insanların sağlamlığı, şəfa tapması yolunda həsr etmiş bir həkimdir. İşini çox sevir və öhdəsindən layiqincə gəlir Xoşqədəm həkim. Ona üz tutan insanlar isə həmişə bu əli şəfalı həkimdən razılıqla ayrılır, ona hər zaman dua edir, can sağlığı arzulayırlar.
Redaksiyamıza daxil olan təşəkkür məktublarından bir neçəsini oxucuların diqqətinə çatdırırıq. Təqdim etdiyimiz bu təşəkkür məktubu Həkim- pediatr Xoşqədəm İbadovanın böyük səyi və zəhməti ilə sağlamlığına qovuşan pasientlərindən biri Leyla xanımın QanunXəbər.com saytına ünvanladığı məktub əsasında tərtib edilmişdir.
Hörmətli redaksiya heyəti sizin vasitənizlə gözəl insan müqəddəs həkimlik peşəsinin ustadı olan Xoşqədəm İbadovaya mənim və mənim kimi yüzlərlə valideynlərin adından dərin minnətdarlığımızı çatdırmanızı rica edirəm. Biz də öz növbəmizdə Səhiyyə sahəsində əzmlə çalışan, həyat və fəaliyyətini xalqın sağlamlığına həsr edən həkimlər cərgəsində nüfuzu, bacarığı və uğurları ilə seçilən Xoşqədəm İbadovaya həyatda can sağlığı, işdə nailiyyətlərlə dolu nurlu sabahlar arzulayaraq, deyirik:
Üz tutaraq yanına gəlir yüzlərlə insan,
Yardımınla qurtulur xəstələr ağrılardan.
Şəfa aldıqca sizdən atalar və analar
Sevinir, dua edir sizə əziz balalar.
Biz də kiçik şeirlə sizləri vəsf edirik
Xoşqədəm həkim həyatda yüz yaşasın deyirik.
Həkim- pediatr Xoşqədəm İbadovanın xəstəliklərdən azad etdiyi valideynlər adından
Hörmətlə: Leyla Vəliyeva
Bölməyə aid digər xəbərlər