Dr. Kamil Quluzadənin səyi nəticəsində mənim üzərimdə aparılan əməliyyat çox uğurla keçdi

Medika Hospitalında cərrahiyyə şöbəsində ümumi-cərrah kimi çalışır, əməli ilə xalqın sevimlisinə çevrilib, Kamil həkim. Qayğıkeşdir, hər bir xəstəyə eyni münasibət bəsləyir, səmimidir, mehribandır, biliyini heç kimdən əsirgəmir, fikrini tam dolğun şəkildə izzah etməyi bacarır. Şərəfli həkim peşəsinə yiyələnən Kamil həkim bu sənətinin müqəddəsliyini qoruyub saxlayır.  Pasientlərə şəfa bəxş edən bu insan savadlı və bacarıqlı həkim olmaqla yanaşı, həm də çox qayğıkeş bir insandır.
 Kamil həkim bəlkə də fərqinə varmır ki, hər gün səhər-axşam Azərbaycanın neçə-neçə kəndində-şəhərində yüzlərlə ailədə onun adına xeyir-dua səsləndirilir onu ulu Tanrının qüdrətiylə bu dünyaya bəxş etmiş valideynlərinə minnətdarlıq edilir.
Redaksiyamıza ünvanlanan məktubların bir neçəsini oxucu kütləsinin diqqətinə çatdırırıq:
  Səhhətimdə  yaranan problemlərlə bağlı Medika Hospitalına gəlməyimiz heç də təsadüfi deyildi, çünki bilirdim ki, burada savadlı, peşəkar həkimlər çoxdur. Öz işinin mütəxəssisi olan, işini çox sevən Dr. Quluzadə sanki bizim ağ xalatlı xilaskarımız oldu.
 
Kamil  həkimin səyi nəticəsində mənim üzərimdə apardığı əməliyyat çox uğurla keçdi. İndi özümü çox gümrah hiss edirəm.
 
Sağlamlığımın bərpasında əməyi olan tibb işçilərini isə yaddan çıxarmıram. Xəstəxananın bütün kollektivinə başda o cümlədən Kamil həkimə minnətdarlığımı bildirirəm. Əməliyyat olunduğum müddətdə qayğıma qalan, tez sağalmağım üçün bilik və bacarıqlarını əsirgəməyən xilaskarıma deyirəm. Əlləriniz var olsun həkim!
 Kamil həkim nə qədər ümidsiz, əlacsız insanlara, demək olar ki, onların həyatlarının son anında nicat, şəfa vermiş, təyin etdiyi diaqnozlar ilə yenidən həyata qaytara bilmişdir.. Bu, onun xoşbəxtliyi deyilmi, əziz oxucu?! Xoşbəxtsən, Kamil həkim! Ağ xalat sizə çox gözəl yaraşır, ay həkim. Xalqın qəlbində əbədi məskən salmaq hər ağ xalat geymiş həkimə müəssər olan xoşbəxtlik deyil! Həmişə öz peşənizin və insanlığın zirvəsində görək sizi!


Tarix: 11-02-2021, 22:04 Oxunub: 254


Bölməyə aid digər xəbərlər