Müasir dövrümüzdə Azərbaycan Səhiyyəsinin unikal inkişafı zamanında bir çox poblemlərin aradan qaldırılması üçün pasiyentlər UltraMed Tibb Mərkəzinin həkim-rentgenoloqu, Tibb Elmləri Namizədi Dr. Səttar Mirzəməmmədova minnətdar olduqlarını bildirirlər.
Mən həm bir pasiyent həm də cəmiyyətin bir nümayəndəsi olaraq, deyə bilərəm ki, ilahi Səttar həkimə dünyanın ən böyük nemətini bəxş etmişdir. O nemət bu şəxsdə olan, onun ruhunda – qəlbində qərar tutan xeyirxahlıqdır. Bu insan hər bir kəsin könlündə özünə qarşı yalnız xoş hisslər yadigar edir. Mənim bir pasient kimi ona olan hörmət və məhəbbətimin hüdudu böyükdür. Həkimin qəbulunda olarkən edilən səmimi – açıq söhbətlər mənim daxilimdə yaşamağıma bir ümid yaratdı. Həkimin mənimlə diqqət və səbirlə davranmağı xəstələrə olan qayğısından xəbər verir. Həkimin təyin etdiyi dəqiq diaqnoz məni həyata yenidən qaytardı. Ailəmin sevinc göz yaşları Səttar həkimin sayəsində oldu. İndi özümü çox xoşbəxt hiss edirəm, çünki sağlamlığıma qovuşmuşam.
Dr. Mirzəməmmədov nə qədər ümidsiz, əlacsız insanlara, demək olar ki, onların həyatlarının son anında nicat, şəfa vermiş, təyin etdiyi diaqnozlar ilə yenidən həyata qaytara bilmişdir.. Bu, onun xoşbəxtliyi deyilmi, əziz oxucu?! Xoşbəxtsən, Səttar həkim! Ağ xalat sizə çox gözəl yaraşır, ay həkim. Xalqın qəlbində əbədi məskən salmaq hər ağ xalat geymiş həkimə müəssər olan xoşbəxtlik deyil! Həmişə öz peşənizin və insanlığın zirvəsində görək sizi!
Bölməyə aid digər xəbərlər