Koronavirus və parkinson arasında nə əlaqə var?

Koronavirus infeksiyası ilə parkinson xəstəliyi arasında müəyyən bir əlaqənin mümkünlüyü araşdırılır. Buna səbəb isə bəzi hallarda COVİD-19 xəstələrində parkinson sindromunun aşkarlanması göstərilir.
QanunXəbər.com xəbər verir ki, bu barədə “ScienceDirect” jurnalında məlumat yayılıb.
Qeyd olunur ki, qoxu itkisi dopamin ifraz edən yoluxmuş dopaminerjik neyronların beyində məhv olması ilə əlaqəli ola bilər.
“Onun çatışmazlığı hərəkət pozğunluqlarına və parkinson xəstəliyinin inkişafına səbəb olur. Eyni zamanda, qoxu itkisi bu xəstəliyin əsas əlamətidir. Bu səbəbdən koronavirus parkinsonizmlə əlaqəli simptomların inkişafı üçün potensial bir risk faktoru ola bilər. Koronavirusun parkinsonizmin inkişafına səbəb olduğunu iddia etmək üçün hələ heç bir elmi əsas yoxdur. Qoxu hissinin pozulması müxtəlif səbəblərdən baş verə bilər: burun selikli qişasının bütövlüyünün pozulmasından mərkəzi sinir sisteminin zədələnməsinə qədər.
Lakin bu, belə bir əlaqənin yaxın gələcəkdə tapılmayacağına dəlalət vermir”, - deyə məqalədə qeyd olunur.


Tarix: 18-06-2021, 02:22 Oxunub: 166


Bölməyə aid digər xəbərlər