11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
“İvan, idi domoy!” deməyin zamanı - Bakı 2025-i gözləməyə bilər!

Rusiya “sülhməramlıları”nın mandatı vaxtından tez bitə bilər; 10 noyabr kapitulyasiya sənədi BMT-nin Qarabağ qətnamələrinə oxşamağa başlayıb - təhlükə
Müxtəlif mərkəzlərdən mənəvi güc, vəd və başqa dəstək alan kapitulyant Ermənistanın sülh oyunbazlığı təhlükəli mərhələyə girib. Getdikcə daha aşkar görünür ki, İrəvan Bakı ilə sülh müqaviləsi imzalamaqda maraqlı deyil, danışıqlara ciddi yanaşmır, bu məsələdə səmimi deyil və üstəgəl, ard-arda təxribatlar törətməklə məşğuldur.
Nəticə etibarilə neçə vaxtdır “Qarabağı Azərbaycanın tərkib hissəsi saymayan ölkə yoxdur” deyən baş nazir Nikol Paşinyan və komandası cəsarətlənərək, sülh sazişi üçün Azərbaycana “Qarabağ şərti”ni qoyurlar. Ötən həftəsonu Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın parlamentdə sülh danışıqlarının perspektivindən söz açarkən “Bakı ilə prinsipial məsələlərdə anlaşma yoxdur, tərəflərin mövqeyi bir-birindən çox uzaqdır” söyləməsi buna növbəti sübutdur.
“Prinsipial məsələlər” dedikdə əlbəttə ki, Bakının 5 məlum baza prinsipi nəzərdə tutulur. Yəni aydın olur ki, İrəvan faktiki köhnə mövqeyə qayıdıb və açıq-aşkar ölkəmizə qarşı ərazi iddiası mövqeyindən çıxış edir, Qarabağ üzərində suverenliyimizi tanımaq istəmir. Çünki Bakının irəli sürdüyü 5 prinsip bütünlüklə beynəlxalq hüquqa əsaslanır. Orada qəbul edilməsi mümkün olmayan heç nə yoxdur. Demək, İrəvan beynəlxalq hüququ vecinə almır.
Yaxud Paşinyanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bugünlərdə özünün Twitter səhifəsində görün nə yazıb: “Dağlıq Qarabağ bütün siyasi və hüquqi tarixi ilə nə Donetsk, nə Luqansk, nə də Kosovo ilə müqayisə edilə bilər, çünki o, bütün tarixi boyu muxtariyyət statusuna malik, son 30 ildə isə özünü müstəqil elan edən dövlət olub. Üstəlik, Qarabağ münaqişəsinin tarixi SSRİ-dən daha qədimdir, o ki ola SSRİ-nin süqutundan sonra yaranan konfliktlər. Ona görə də Qarabağ probleminin həlli yollarının axtarışında beynəlxalq birlik bütün tarixi-siyasi və hüquqi zəminləri nəzərə almalıdır, əks halda, istənilən həll problemin daha da dərinləşməsinə gətirəcək”.
Yenə də ərazi iddiası, daxili işlərimizə qarışmaq cəhdi...
Bundan əlavə, İrəvanın Bakı-Xankəndi danışıqları üçün beynəlxalq mexanizm tələb eləməsi (hətta bundan ötrü Minsk Qrupunun bərpasını vacib sayırlar) da eyni hədəfə hesablanıb - artıq tarixin arxivinə verilmiş “Dağlıq Qarabağ məsələsi”ni təzədən beynəlmiləlləşdirmək.
Politoloq Elxan Şahinoğlu da o qənaətdədir ki, son vaxtlar rəsmi İrəvanın ritorikası xeyli dəyişib: “Paşinyan İkinci Qarabağ müharibəsindən sonra məğlubiyyətlə faktiki barışmışdı, Qarabağdan imtina etməyə hazır idi. Ancaq son aylarda İranın Azərbaycana qarşı artan təxribatları, Rusiyanın separatçıları silahlandırması və bəzi Qərb mərkəzlərindən, o cümlədən Parisdən aldığı dəstək sayəsində Paşinyan "cəsarətləndi" və onun Qarabağsız sülh sazişinə marağı azaldı".
Politoloqa görə, Azərbaycan Ordusunun əməliyyatlarının çoxalması Qarabağ separatçılarının fəaliyyət imkanlarını daraltmağa yönəlib və bu, Paşinyanı əvvəlki mövqeyinə qaytarmalıdır.
Məsələ də ondadır ki, kapitulyant ölkənin radikallaşan mövqeyi Azərbaycan üçün hərbi xarakterli önləyici tədbirləri qaçılmaz edir - həm sərhəddə, həm də Qarabağda. Əfsus ki, Rusiya bu prosesə birbaşa və dolyası ilə destruktiv mövqe tutmaqdadır. Rusiyanın separatçıları ərazimizdən hələ də çıxarmaması azmış kimi, üstəlik, onları silahlandırır və əleyhimizə daha da qızışdırır, Azərbaycan dövlətinə qarşı yeni təxribatlara sürükləyir, bununla da erməni icmasının Azərbaycana inteqrasiyasına əlavə əngəllər yaradır.
Bu xüsusda separatçı ünsürlərin başında duranlar da təbii ki, Rusiya ilə sinxron hərəkət edərək vəziyyəti daha gərginləşdirirlər. Yeri gəlmişkən, dünən rəsmi Bakı növbəti dəfə erməni icmasına dialoq təklif edib...
Belə vəziyyətdə Bakının sərt addımlar atmaqdan savayı çarəsi qalmır. Qarabağı Ermənistanla birləşdirən qanunsuz alternativ yolların nəzarətə götürülməsi də şübhəsiz ki, bu zərurətdən doğur və yəqin ki, davamı gələcək. Bu, mini-əməliyyat, şübhəsiz, həm də Rusiyaya öz öhdəliklərini yerinə yetirmədiyi, erməni separatizminə dəstək verdiyi ilə bağlı çox aydın və sərt mesajdır. Hansı dəstək ki, ilk növbədə Putinin imzası duran 22 fevral 2022-ci il Moskva Bəyannaməsinə daban-dabana ziddir.
Görünən budur ki, 10 noyabr kapitulyasiya sənədi BMT TŞ-nin Qarabağ qətnamələrinə oxşamağa başlayıb. Yəni belə getsə, həmin qətnamələr kimi 10 noyabr aktını da tam həcmdə (xüsusən də 4 və 9-cu bəndləri) özümüz, zor gücünə reallaşdırmalı olacağıq.
“Azərbaycan Müdafiə Nazirliyi və XİN separatçıların rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına sülhməramlıların müşayiəti ilə silah-sursat, mina daşınmasının qəbuledilməz olduğu haqqında dəfələrlə xəbərdarlıq edib. Əfsus ki, rus sülhməramlılar bu xəbərdarlıqlara məhəl qoymadılar, hətta separatçıların möhkəmlənməsi üçün əlindən gələni etdilər”.
Bunu ordumuzun Laçın yoluna alternativ olan torpaq yollarını nəzarətə götürməsi haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib (Axar.az). O, təxribatların davam etməsi halında növbəti addımların atılacağını vurğulayıb və Rusiya Müdafiə Nazirliyini Azərbaycanı ittiham etmək əvəzinə, 10 noyabr bəyanatını yenidən və diqqətli oxumağa çağırıb.
“10 noyabr sənədinə görə, sülhməramlıların Qarabağa yerləşməsinə paralel şəkildə separatçılar, erməni terrorçular, Ermənistan ordusunun qalıqları bölgədən çıxmalı, vətəndaşlarımız öz evlərinə qayıtmalı, Zəngəzur dəhlizi də açılmalı idi. Keçən dövr ərzində sülhməramlı kontingent üzərinə düşən öhdəliyi nəinki icra etməyib, hətta ermənilərin "mövqe" tutmasına, silahlanmasına, təxribatlarına şərait yaradıb. Belə yarıtmaz fəaliyyətləri davam etdirəcəkləri təqdirdə onların üçtərəfli bəyannamədə göstərilən müddətdən daha əvvəl Azərbaycanı tərk etməsi gündəmə gələ bilər", - deyə analitik xəbərdarlıq edib.
Yəni Qarabağdakı rus hərbçilərinə 2025-ə xeyli qalmış “İvan, idi domoy!” deyilə bilər. Bu, Azərbaycanın halal haqqıdır. İrəvanda və Moskvada unutmasınlar ki, istənilən halda beynəlxalq hüquq, Azərbaycan Konstitusiyası 10 noyabr sənədindən yüksəkdədir...
Mənbə: “Yeni Müsavat”
Bölməyə aid digər xəbərlər

Tarix: 28-03-2023, 10:23 Oxunub: 46
Bölməyə aid digər xəbərlər
17-03-2023, 09:00
ABŞ və Qərb Ermənistana qarant durmur: Bakının manevrləri İrəvanda şok effekti yaradır
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
13-01-2023, 09:00
İrəvan Kremli yeni işğal planı qurmaqda suçlayır: Rusiya isə Ermənistanın sərhədlərini açmaqla təhdid edir
12-01-2023, 09:30
Əliyev Paşinyana “son şans” mesajı verdi: Azərbaycan vətəndaşlığı Xankəndidə əsas şərtdir
6-01-2023, 10:00
Paşinyan Rusiyadan “qaçış” yolunu tapıb: Kremli şantaj edir, Bakını isə savaşa çəkir
4-05-2022, 09:00
ABŞ Paşinyanı Rusiyanın əlindən alır: Ağ Ev sülhü dəstəkləyib, Kremlin planlarını pozur
16-11-2021, 09:00
İlham Əliyev tələb etdi, Paşinyan qovdu: Rəsmi Bakı erməni müdafiə nazirini dəyişdirdi
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU