12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiyanın Güney Qafqaza təsir imkanları nə qədər azalarsa... - ŞƏRH



Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı rəsmiləri Rusiya əleyhinə birgə oyun qurublar. Avropa İttifaqı Ermənistanda müşahidəçi missiyasının sayını guya ona görə artırır ki, Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etmək təhlükəsi var. Azərbaycan Ermənistana müdaxiləyə başlayarsa bölgəni birinci tərk edən elə həmin avropalı müşahidəçilər olacaq. Onların Azərbaycan hərbçilərini dayandıracaq imkanları yoxdur.
İrəvanla Brüsselin müşahidəçi missiyasının sayını artırması planının Azərbaycan təhlükəsi ilə zərrə qədər də bağlılığı yoxdur. Əlbəttə, torpaqlarını azad edən Azərbaycanın hərbi imkanları xeyli artıb. Bununla yanaşı qonşunun ərazisi tarixi torpaqlarımız olsa belə Azərbaycan ordusunun Ermənistan ərazisinə irəliləmək kimi planı yoxdur. Azərbaycan beynəlxalq hüquq və mövcud reallıqlarla hesablaşan dövlətdir. Belə olmasaydı, anti-terror əməliyyatının başladığı 19 sentyabr tarixindən bu yana iki ölkə arasında gərginlik davam etməliydi. İki aydır sərhəddə sakitlikdir, itkilər yoxdur. Bunun sadə səbəbi var, Azərbaycan əsas problemini həll edib, Qarabağda suverenliyini bərpa edib və bu bizə yetərlidir.
Avropa İttifaqı missiyasının Ermənistanda artan sayı sırf Rusiya ilə bağlıdır. İrəvan və Brüssel “Azərbaycan təhlükəsi” bəhanəsiylə Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa çalışırlar. Bunun bizə aidiyyatı yoxdur. Bu Ermənistanla Rusiya arasındakı problemdir. Ancaq orası da var ki, Rusiyanın Cənubi Qafqaza təsir imkanları azalarsa, bu Azərbaycan üçün də faydalıdır.

Müəllif: Elxan Şahinoğlu

Tarix: 14-11-2023, 14:23 Oxunub: 24


Bölməyə aid digər xəbərlər