11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
Anklavların təhvil-təslim prosesi gedir, tezliklə azərbaycanlılar... - Qevondyan AÇIQLADI

Anklavların təhvil-təslim prosesi gedir, tezliklə azərbaycanlılar... - Qevondyan AÇIQLADI


“Anklavlarla bağlı bütün proses başa çatıb, yalnız təhvil-təslim və texniki məsələlər qalıb”.

Bu barədə erməni politoloq Alen Qevondyan Qazaxın hələ də erməni işğalında qalan kəndindən birinə - Yuxarı Əskipara kəndinə girmək istəyən “döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan və Henrik Mkrtçyanın saxlanılması haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın tələb etdiyi 8 kənd qaytarılacaq.

“Ermənistan vətəndaşları həmin ərazilərə buraxılmır. Tezliklə azərbaycanlılar orada peyda olacaq. Lakin Azərbaycan anklavlarla əlaqə üçün yol da istəyir. Bu məsələ lazım olarsa, hərbi yolla həll ediləcək”, - Alen Qevondyan deyib.

O hesab edir ki, azərbaycanlılar bu ərazilərə, o cümlədən, Ermənistanın digər yerlərinə qayıdandan sonra onların təhlükəsizliyini təmin etmək üçün beynəlxalq struktur yaradıla bilər. (Publika.az)

Tarix: 5-03-2024, 08:42 Oxunub: 200


Bölməyə aid digər xəbərlər