12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bakı və Ankara türk ölkələrinə yardım edə bilər

Özbəkistanın Gülüstan vilayətinin Bağıs və Xiyaban kəndlərinin qonşu Qazaxıstanın Türküstan vilayətinin Sarıağac dairəsinə birləşdirilməsi regionun digər türk ölkələri üçün də örnək olmalıdır. Məsələ ondandır ki, Orta Asiyanın 5 ölkəsindən 4-ü türk ölkəsidir və aralarında anklav problemləri var. Türk ölkələri mövcud anklav problemini Qazaxıstan və Özbəkistan kimi sülh yolu ilə, qardaşcasına həll etməlidir.
Bu sözləri  “Atlas” Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov şərh edərkən deyib.
Politoloq qeyd edib ki, 2014-cü ildən Mərkəzi Asiyanın türk ölkələri aralarındakı anklav probleminin həll edilməsi istiqamətində görüşlər keçirir:
“Tacikistanla Qırğızıstan arasında yaşanan son hadisələr türk ölkələrini anklavların taleyi haqda ciddi düşünməyə vadar edir.
Düzdür, anklavların əmələ gəlməsi bu ölkələrin günahı olmasa da, mövcud problemin həll edilməməsi narahatlıq yaradır”.
S.Hümbətovun sözlərinə görə, Türkiyə ilə Azərbaycan Mərkəzi Asiya ölkələrinin mövcud anklav problemini həll etməsi üçün konstruktiv addımlar ata bilər:
“Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan türk birliyi istiqamətində ən aktiv fəaliyyət göstərən ölkələrdir. Düşünürəm, Mərkəzi Asiyanın türk ölkələri arasında yaşanan anklav probleminin həllində də rəsmi Bakı ilə Ankara konstruktiv yanaşmalar təklif edə bilər. Bakının Türkmənistanla mübahisəli yatağı “Dostluq” yatağına çevirməsi olduqca böyük nümunədir. Rəsmi Bakı bu təcrübəsini yaxşı mənada qardaş türk ölkələri ilə bölüşə bilər. Yəni tərəfsiz şəkildə Türkiyə və Azərbaycan bu ölkələrə türk birliyi çərçivəsində yardım edə bilər”.


Tarix: 28-05-2021, 08:03 Oxunub: 42


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı