Azərbaycan 24 saata hər şeyi həll etdi, 10-15 silahlı... - Harutyunyan gömrük haqda danışdı

Azərbaycan 24 saata hər şeyi həll etdi, 10-15 silahlı... - Harutyunyan gömrük haqda danışdı


Azərbaycan tərəfi Çakatendə bir neçə saata  gömrük məntəqəsi qurdu.

“24 saat ərzində hər şeyi tikdilər, bağladılar, əlləri yuydulər və getdilər. Biz  isə hələ də alternativ yol haqqında düşünürük”.

News.am” xəbər verir ki, bunu Çakaten kənd icmasının rəhbəri Ara Harutyunyan deyib.

İcma rəhbəri bildirib ki, dünən (noyabrın 14-də) saat 14:00-da  hər şey sakitlik idi, heç bir şey yox idi: “Saat 16:00-dan tikinti işlərinə başlanıldı və  24 saat ərzində hər şey tikildi”.

İcma rəhbəri əlavə edib ki, bir  az  əvvəl Çakatendən gəldim, yaxınlıqda qarşı tərəfin ağır texnikası işləyir, 10-15 silahlı adam prosesə nəzarət edirdi. 

Tarix: 15-11-2021, 13:30 Oxunub: 10


Bölməyə aid digər xəbərlər