Dövlətə xəyanət maddəsi ilə DTX-nin həbs etdiyi Aydın Zəkiyev erməni kəşfiyyatına necə kömək edib? - VİDEO

Dövlətə xəyanət maddəsi ilə DTX-nin həbs etdiyi Aydın Zəkiyev erməni kəşfiyyatına necə kömək edib? - VİDEO


“Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları Vətən müharibəsi dövründə Azərbaycan ərazisindəki azsaylı xalqların nümayəndələri ilə sosial şəbəkələr üzərindən azərbaycanlı ad-soyadları, qadın ad-soyadları vasitəsilə, milli hissləri ilə oynayaraq əlaqələr qururdular. Və sonradan onlar üçüncü dövlət ərazisinə çıxarılaraq əməkdaşlığa cəlb olunurdular. Bəzi hallarda iradəsi zəif insanlar, sosial mənada özünü həyatda tapa bilməyənlər, ermənilərin ideyalarını qəbul etmiş şəxslər, təəssüf ki, Ermənistan xüsusi xidmət orqanlarının təbliğatının qurbanına çevrilmişlər”.

Bu barədə İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” sənədli filmində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı bildirib.

 Onun sözlərinə görə, DTX-nin bu sahədə həyata keçirdiyi tədbirlər zamanı Azərbaycan Respublikasının 1970-ci il təvəllüdlü vətəndaşı Zəkiyev Aydın Zəki oğlu saxlanılıb:
“Məlum olub ki, həmin şəxs sosial şəbəkələrdə Ermənistan xüsusi xidmət orqanlarının diqqət dairəsinə düşmüş, onunla ilkin kontaktlar yaradılmış, sonradan həmin əlaqələr inkişaf etdirilmiş, üçüncü ölkə ərazisinə çıxarılmış və həmin ərazidə əməkdaşlığa cəlb olunmuşdur. Onun qarşısında qoyulan tapşırıqlardan biri də Azərbaycanda millətlər arasındakı münasibətləri gərginləşdirə biləcək yalan məlumatların, eləcə də bəzi Azərbaycan vətəndaşlarına xitabən onları müharibədən yayındırmağa yönələn fikirlərin yayılması olub. 

Aydın Zəkiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi və digər cinayət faktlarına görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilib”.

<embed src='https://baku.tv/embed/52135' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed>

Tarix: 29-03-2022, 15:30 Oxunub: 18


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı