09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
Müxalifət Paşinyanı devirə biləcəkmi? - 6 SƏBƏB "yox" deyir

Paşinyanın Qarabağın “statusu”nun arxa plana keçməsi haqda açıqlamasından sonra İrəvanda oturaq aksiyaya başlayan müxalifət bu gün baş nazirin istefası tələbini irəli sürməyə hazırlaşır: plana görə, istefa tələbi saat 16:30-da – Nikolun parlementdə çıxışı zamanı təqdim olunacaq;
Aksiyada diqqətçəkən məqam müxalifətin Paşinyanı “öz silahı” ilə vurmaq cəhdidir: 2018-ci ildə Nikol məhz İrəvanda yürüşlər keçirməklə küçələri bloklayırdı, eyni taktikanı indi ona qarşı istifadə edirlər və “Fransa meydanı”nın seçilməsi də eyni ssenarinin tətbiqinə hesablanıb, hərçənd, hakimiyyətin əli daha güclü görünür və proseslərin dəyişikliyə səbəb olacağı ehtimalını azaldan səbəblər var;
1) Etirazçıların sayı lazım olan qədər deyil: mayın 1-də aksiyada 15 min insan iştirak edib, mayın 3-də keçirilən aksiyada isə 5 mindən bir qədər çox; müxalifət küçələri bloklamaqla gündəlik həyatı dayandırmaq və insanların etiraza qoşulmasına nail olmaq planını tətbiq etməyə çalışır; hakimiyyət buna qarşı ciddi dirəniş göstərir;
2) Qərbin Paşinyana dəstəyi hakimiyyətə inzibati resurslardan geniş istifadə etmək imkan yaradır: polisin sərt müdaxiləsi və bölgələrdən gələn etirazçıların qarşısı alınır;
3) Etiraz sosial yox, Qarabağ məsələsindən qaynaqlanır və sosial problemlərə görə keçmiş hakimiyyəti devirən ermənilərin əksəriyyəti indiki aksiyalara neytral qalmağa üstünlük verir;
4) Müxalifətin tələbləri və açıqlamalarından yeni müharibə qoxusu gəlir: son parlament seçkilərində Paşinyanın seçilməsi ermənilərin böyük hissəsinin yenidən müharibənin olmasını istəmədiyini, ən azı indi istəmədiyini təsdiqlədi və bu situsiya fonunda etirazların kütləviləşəcəyi gözləntisi azdır;
5) Erməni əhalisi keçmiş klan hakimiyyətlərinə - Sarkisyan və Koçaryana yenidən “yaşıl işıq” yandırmaq istəmirlər;
6) Erməni kilsəsi və erməni diasporu proseslərə açıq dəstək vermir: bunun səbəbləri arasında Qərb ölkələrinin Paşinyana dəstəyi də yer alır;
Rusiyanın etirazda maraqlarının olduğu bəllidir və iki məqam bu fikri gücləndirir:
Birincisi, aksiyanın təşkilatçılarının Moskva ilə bağlantılarıdır: Sarkisyan və Koçaryan müharibədən sonra eyni “masada” əyləşməkdən imtina etsələr də, hər ikisinin Rusiya ilə əlaqələri var və hər ikisi prosesdən qazanclı çıxmaq istəyir;
İkincisi, etirazların başlama motivi və tələblərdir: müxalifət Azərbaycanla sülh sazişinin imzalanmasına etiraz edir və bu, Moskva üçün Brüssel razılaşmasının dondurulması baxımından sərfəlidir;
Lakin Moskva aksiyadan Paşinyanı devirmək yox, daha çox təzyiq məqsədilə istifadə edir: Nikol ruslara onların vasitəçilik etdiyi üçtərəfli razılaşmaların icrasına üçün lazımdır və Moskvanın hazırk hədəfi öz masasındakı razılaşmaların aktuallığını qorumaq, mümkün sülh sazişində maraqlarının nəzərə alınmasına nail olmaqdır; Paşinyanın devrilməsi “rus masası”nda əldə olunan razılaşmaları da riskə atır, çünki hakimiyyətə gələcək istənilən qüvvə üçün bunu icra etmək çətin olacaq; bu baxımdan, Rusiya müxalifətin etirazı üzərindən Paşinyana Qərb masasından uzaqlaşması, Bakı ilə “ikitərəfli format”dan imtina etməsi üçün təzyiq edir;
Və bu prosesin Paşinyana müəyyən mənada sərf etdiyini də deyə bilərik: Ermənistan hakimiyyəti “daxili vəziyyət sülh sazişini imzalamağa imkan vermir” arqumenti ilə prosesin ən azı uzanmasına, sülh sazişi gündəliyinə istəklərinin daxil edilməsi şəraitinin yetişməsinə qədər vaxt qazanmağa çalışa bilər.
Mümkündür ki, Paşinyan nəzarətdən çıxmaması şərtilə etirazların davam etməsinə şərait yaradacaq.
Bölməyə aid digər xəbərlər

Tarix: 4-05-2022, 10:50 Oxunub: 93
Bölməyə aid digər xəbərlər
4-05-2022, 09:00
ABŞ Paşinyanı Rusiyanın əlindən alır: Ağ Ev sülhü dəstəkləyib, Kremlin planlarını pozur
28-04-2022, 16:00
Ermənilərin `DƏMİR YUMRUQ` HƏSRƏTİ... - QAPAZ ALTINA MEYLLƏNMƏ...
16-11-2021, 09:00
İlham Əliyev tələb etdi, Paşinyan qovdu: Rəsmi Bakı erməni müdafiə nazirini dəyişdirdi
15-10-2021, 09:43
İrəvan Bakının şərtini qəbul edəcək - Moskvanın səbri də tükənir
4-10-2021, 11:28
İlham Əliyev Suqovuşanda Azərbaycan bayrağını ucaldıb
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
25-02-2021, 19:28
İrəvan qaynayır: Müxalifət oturaq aksiyaya qərar verdi
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
21-12-2020, 18:02
Əli İnsanov ermənidirmi? – Nəhayət, üzə çıxdı...
23-09-2020, 23:17
Lavrovun 5 rayon açıqlaması nəyə hesablanıb? - “Rusiya ordusu “sülhməramlılar” adı altında Dağlıq Qarabağda yerləşsə…”
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ