12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Mövlud Çavuşoğlu: “Ermənilər, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər” - VİDEO

Mövlud Çavuşoğlu: “Ermənilər, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər” - VİDEO


“Azərbaycan Laçın dəhlizinə paralel yeni bir yol inşa etdi. Artıq Laçın şəhəri və ətraf ərazilər boşaldılmalıdır. Amma biz nə müşahidə edirik?.. Təəssüf ki, orada olan ermənilər, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” telekanalına müsahibəsində deyib. 

“Biz sülh istəyirik. Qarabağ Azərbaycanın tarixi torpağıdır. Azərbaycan deyir ki, vətəndaşlığımızı qəbul edən ermənilər orada yaşaya bilərlər, şərait yaradacağıq. Azərbaycan daha nə etsin? Azərbaycanın yeganə istəyi torpaqlarını geri almaq idi. Torpaqlarını azad etdi. İndi daimi sülh istəyir”, - o bildirib.



Tarix: 23-08-2022, 12:17 Oxunub: 41


Bölməyə aid digər xəbərlər