11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
Ərazi bütövlüyünə şübhə etdiyiniz Azərbaycanda səfirliyiniz olmalıdırmı? - ABŞ və Fransa səfirlərinə HAQLI SUAL
“ABŞ və Fransa səfirləri dəfələrlə dəvət olunmalarına baxmayaraq, Şuşaya səfər etməkdən nümayişkaranə şəkildə imtina edirlər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər”.
Bunu ötən həftə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən konfransdakı çıxışı zamanı deyib. O, bu hərəkətin ərazi bütövlüyümüzə hörmətsizlik kimi qəbul edildiyini söyləyib: “Çünki bu ölkələrə görə, münaqişə hələ bitməyib”.
Xatırladaq ki, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov nəhayət ki, bu il iyulun 15-də Şuşada olub, Şuşa qalası önündən şəkil paylaşıb. Boçarnikov ondan qabaq işğaldan azad edilən Kəlbəcərə getmişdi.
ABŞ və Fransa səfirləri isə bu dirənişləri ilə gerçəkdən ərazi bütovlüyümüzü şübhə altına almış olurlar. O zaman bu ölkələrin Bakıda səfirliklərinin fəaliyyət göstərməsi hüquqi nonsens deyilmi?
Düzdür, ABŞ səfirliyindən Bakının etirazına münasibət bildirilib. Lakin “səfir Şuşaya niyə getmir” sualı yenə açıq qalıb. Ona cavab verilməyib. Sitat: “ABŞ inanır ki, davamlı dialoq, davamlı əlaqə vasitəsilə, o cümlədən yüksək səviyyələrdə, biz uzunmüddətli və hərtərəfli sülhə kömək etmək üçün mümkün olan hər şeyi edə bilərik. Daha əvvəl dediyimiz kimi, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur. Amerika Birləşmiş Ştatları Səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla, Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir”.
Göründüyü kimi, bu, cavabdan çox yeni suallar doğuran cavabdır...
Bu xüsusda bir paralellik. 2008-ci ildəki “5 günlük müharibə”dən sonra Gürcüstan Abxaziya və Cənubi Osetiya məsələsinə görə Rusiya ilə diplomatik əlaqələri kəsdi, Moskvadakı səfirliyini bağladı. Təbii ki, Tiflisdə də Rusiya səfirliyi qapadıldı. Çünki Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanımadığını ortaya qoydu.
Yəni təxminən buna bənzər bir situasiya yaranıb. Ərazi bütövlüyümüzə şübhə edən bir dövlətin ölkəmizdə səfirliyinin olması nə dərəcədə beynəlxalq hüquqa uyğundur?Dia.az-ın məlumatına görə, Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov “Yeni Müsavat”a öncə bildirdi ki, Azərbaycan dövləti tərəfindən dünyanın bir sıra dövlətlərinin, ayrı-ayrı təşkilatlarının diplomatik korpus nümayəndələrinin və digər nüfuzlu şəxslərinin Azərbaycanın işğaldan azad etdiyi ərazilərə, o cümlədən Şuşa şəhərinə səfərinin təşkil edilməsi vacib tədbirlərdən biridir: “Növbəti dəfə bu cür tədbirdən ABŞ və Fransa səfirlərinin imtina etməsi təsadüf deyil. Prezidentin köməkçisi Hikmət Hacıyevin də bu məsələyə dövlət rəsmisi olaraq sərt mövqe ortaya qoyması bir daha göstərdi ki, rəsmi Bakı artıq belə məsələlərə susmaq niyyətində deyil. ABŞ və Fransa mümkün qədər çalışır ki, Qarabağ münaqişənin mövcudluğu fonunu yaratsınlar. Eyni zamanda həmin səfirlər bu davranışları ilə Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşma formasını da ortaya qoymuş olurlar.
Ancaq Azərbaycanla münasibətləri korlamaqdansa, Cənubi Qafqazda Azərbaycan kimi dövlətlə münasibətləri dərinləşdirmək daha yaxşı olardı. Bu, Azərbaycandan çox ABŞ və Fransanın özünə lazımdır. Azərbaycan dövləti kiçikliyindən və böyüklüyündən asılı olmayaraq beynəlxalq hüququn subyekti kimi bütün dövlətlərlə, təşkilatlarla bərabərhüquqlu əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurmaqda maraqlıdır. Burada hər hansı bir təşkilatın və ya dövlətin üstünlüyündən söhbət gedə bilməz. Ona görə də Azərbaycan onun ərazi bütövlüyünü şübhə altına almaq kimi cəhdləri rədd edir. Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətsiz yanaşan istənilən dövlətə, istənilən dövlətin səfirinə qarşı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan adekvat cavabı həmişə olub, bundan sonra da olacaq. Azərbaycan dövlətinin tam hüququ çatır ki, beynəlxalq hüquqa və ölkə qanunlarına əsaslanaraq həmin səfirlərin ölkəmizdə fəaliyyətinə son qoyulması məsələsini və ölkəmizin ərazisini tərk etmələri tələbini qaldırsın. Səfirlər Azərbaycanın əlinə bunun üçün əsas verirlər".
Ekspert qeyd etdi ki, Azərbaycan Prezidentinin köməkçisi səviyyəsində səslənən etiraza ABŞ səfirliyinin sözçüsü səviyyəsində olumsuz bir münasibətin də bildirilməsi bir daha onu göstərir ki, bu məsələdə ABŞ qeyri-adekvat mövqe ortaya qoyur, problemin həllində yox, dərinləşməsində maraqlı görünür: “Verilən cavabda Şuşa səfərindən imtinaya heç bir tutarlı əsas göstərilmir. ABŞ Azərbaycanın suverenliyinin və müstəqilliyinin ən böyük dəstəkçisi olsaydı, səfirin Şuşaya səfərinə imkan verilərdi və Minsk Qrupunu diriltməyə cəhd etməzdi, Ermənistana böyük miqdarda yardımlar etməzdi. Fransanın isə daim birmənalı olaraq işğalçı Ermənistanın yanında olduğu aydındır. Azərbaycan dövlətinin suverenliyinə qarşı ən böyük təhdid Ermənistan və ATƏT-in Minsk Qrupu adlı təsisatdan olub. Bu gün onların hər ikisinin aqibəti ortadadır. Biri ölüb, biri isə yarımcan vəziyyətdədir. Bundan hamı nəticə çıxarmalıdır. Artıq Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, prinsipial və qətiyyətli mövqe ortaya qoya bilən dövlətdir. Azərbaycan cəmiyyətindən hətta artıq belə fikirlər səslənir ki, ölkəmizin ərazi bütövlüyünə hörmət etməyən, onu şübhə altına alan davranışı sərgiləyən səfirlər ölkədən çıxarılsın, səfirliklər isə bağlansın. Cəmiyyətdə bu dərəcədə sərt münasibətin formalaşmasının günahkarı elə həmin səfirliklərdir. Odur ki, yaxşı olardı bundan sonra səfirliklər və səfirlər atdıqları addımlarda belə məsələləri nəzərə alsınlar, gələcəkdə eyni səhvləri təkrarlamasınlar. Nəzərə almaq lazımdır ki, çox da uzaq olmayan tarixdə qonşu Gürcüstan böyük dövlətlərdən olan Rusiyanın Tiflisdəki səfirliyini qapatmışdı. Yəni ortada təcrübələr də var ki, bir ölkə özünün səfirliyi yerləşən ölkənin ərazi bütövlüyünə şübhə yaradan davranışlara yol verdikdə cavab addımlarından biri onun səfirliyinin qapadılması olur”.
Bölməyə aid digər xəbərlər

Tarix: 31-08-2022, 15:00 Oxunub: 76
Bölməyə aid digər xəbərlər
31-08-2022, 11:32
“İnformasiya müharibəsinin küçükləri”ni Hikmət Hacıyevin üstünə kim qısqırdıb? - FOTO
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
30-08-2021, 13:10
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında - YENİLƏNİB+ FOTO
16-07-2021, 09:00
Amerikalı mütəxəssislər Şuşa uğrunda döyüşlərdən yazdı
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:39
Milli Məclisin spikeri Rusiya səfiri ilə ermənilərin azərbaycanlılara hücumundan danışdı
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 21:03
Prezidentin köməkçisi: “Ermənistan regionda yeni gərginlik ocağı yaratmağa cəhd göstərir” - VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 17:55
Tovuz döyüşlərinin dərsləri - TƏHLİL
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi