12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
Texniki Universitet ilə "Okuklu İnşaat” arasında memorandum imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Okuklu İnşaat” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənədi rektor Vilayət Vəliyev və şirkətin baş direktoru Yılmaz Okuklu imzalayıb. Memoranduma əsasən, universitetin müxtəlif fakültələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrinin şirkətdə  istehsalat təcrübəsinə cəlb edilməsi və daxili müsabiqə əsasında işə qəbulu həyata keçiriləcək.
Əməkdaşlıq çərçivəsində birgə elmi-tədqiqat laboratoriyalarının və konstruksiya bürolarının yaradılması, tələbələrin startap layihələrinin reallaşdırılması üçün maliyyə vəsaitlərinin və investisiyaların cəlb edilməsi də nəzərdə tutulub. 


Tarix: 7-12-2020, 20:20 Oxunub: 178


Bölməyə aid digər xəbərlər