Səxavət Camalov-Nümunəvi məktəb direktoru

Müəllimlik  dünyada ən çətin, eyni zamanda ən şərəfli peşədir. Bu peşə mövcud olduğu vaxtdan cəmiyyətdə hörmətlə qarşılanıb və müqəddəs sayılıb.  Çünki müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi  əxlaqa  malik insanlar yetişir.  Bu insanlar, öz növbəsində,  cəmiyyəti inkişaf etdirir. Yazdığım bu məqalə müəllim adını   şərəflə  daşıyan,  onun müqəddəsliyini  qoruyan, böyük pedaqoji təcrübəyə malik olan yenilikçi, həyatını gənc nəslin təlim-tərbiyə işinə həsr  etmiş bir təhsil fədaisinin  - Kəlbəcər rayon 95 nömrəli məktəbin direktoru Səxavət Camalovun  uğurlara həsr olunub.  
Əslində o, müəllimlər müəllimidir.  Həyatını bir gün də olsun  məktəbsiz və uşaqlarsız  təsəvvür edə bilməyən Səxavət müəllimin sənətinə, peşəsinə olan vurğunluğu  uzunillik səmərəli pedaqoji  fəaliyyətində ona güc, qüvvət, işinə sonsuz məhəbbət vermişdir.  Bu həvəs və məsuliyyət ona uğur qazandırmış, onu hər zaman üzüağ, alnıaçıq  etmişdir. Müəllim adının şərəfini və  ləyaqətini hər zaman uca tutan, "İnsan yorulmamalı, zamanın nəbzini tutmalıdır" deyən  pedaqoq həyat  enerjisi ilə çalışır.  "Uğur qazanmaq istəyirsənsə daim axtarışda ol, zamanla ayaqlaş" - onun bu sözləri pedaqoji  fəaliyyətinin leytmotivlərindən biridir. 
Onun öz kollektivi və şagirdlərinin valideynləri ilə düzgün və hörmətli münasibəti, təlim prosesi zamanı yaradıcı olması, qarşıya çıxacaq çətinlikləri öncədən görməsi və təlim fəaliyyətinin istiqamətləndirməyi bacarması başqa direktorlar üçün xüsusi bir örnəkdir. Səxavət müəllim səbirlidir, hislərini cilovlamağı bacarır. Ciddilik və mərhəməti, mülayimliyi düzgün səkildə uzlaşdırır. Onun xususi ilə də Qarabağ müharibəsi əlillərinin övladlarına göstərdiyi qayğı və diqqət təqdirə layiq bir  hərəkətdir. 
Səxavət müəllim məktəbdə gözəl nizam -intizam  yaratmış və şagirdlərə əsl ata qayğısı göstərir. Mən fəxr edirəm ki,  əsl vəzifə borcunu vicdanla yerinə yetirən,  vətənpərvər,  Səxavət müəllim  kimi  direktorlarımız var. 
95 nömrəli Kəlbəcər məktəbinin rəhbərliyi, pedoqoji kollektivi, ən başlıcası isə direktor Səxavət müəllim və müavinləri  bu istiqamətdə olduqca prinsipaldırlar. 
Biz də QanunXəbər.com İnformasiya Agentliyi  vasitəsilə  Təhsil naziri Emin Əmrullayev və Kəlbəcər 95 nömrəli məktəbin direktoru Səxavət Camalova öz təşəkkürümüzü  bildirir:  “Cənab  Nazir, çox sağ olun  ki, təhsil müəssisələrini  Səxavət Camalov kimi etibarlı, savadlı kadrlara  əmanət etmisiniz. 
Məqalənin sonunda Səxavət müəllimə və onun kollektivinə iş fəaliyyətində uğurlar diləyirik.


Tarix: 25-01-2021, 21:15 Oxunub: 363


Bölməyə aid digər xəbərlər