12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin Bəyanatı -Fotolar

Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləmədi. Bu qərar və onun qəbul edilməsi üçün göstərilən səbəblər tamamilə əsassız və böhtandır, ölkəmizə uzun illərdir sərgilənən ikili standartların, qərəzli yanaşmanın bilavasitə davamıdır.
Azərbaycan cəmiyyətinə və dünya ictimaiyyətinə AŞPA və bu kimi təsisatların məkrli siyasəti çoxdan məlumdur. Qurumun fəaliyyəti, demək olar ki, bir neçə dövlətin xudbin maraqları üzərində qurulub və onların əlində siyasi təzyiq alətinə çevrilib.
Bu Qərb təsisatı Azərbaycana münasibətdə daha riyakar və ikiüzlü mövqe nümayiş etdirir. Baxmayaraq ki, ölkəmiz AŞPA-ya böyük ümidlərlə üzv olmuşdu və xalqımız bunu yüksək rəğbətlə qarşılamışdı. Bir inam var idi ki, insan hüquqlarını əsas götürən bu təşkilat 20 faiz ərazisi işğal edilmiş, etnik təmizlənməyə məruz qalmış, bir milyondan artıq qaçqını və köçkünü olan ölkənin haqq işinə dəstək verəcək, ədalətin bərqərar olmasına çalışacaq. Amma, təəssüflər olsun ki, insan hüquqları, demokratiya və qanunun aliliyinin müdafiəsini özünün əsas məşğuliyyəti elan edən Avropa Şurası və onun Parlament Assambleyası heç bir real addımlar atmadı, işğalçı dövlətə sanksiya tətbiq etmədi, münaqişənin həlli ilə bağlı bütün məsuliyyəti ATƏT-in Minsk qrupunun üzərinə yıxaraq götürdüyü öhdəliklərdən boyun qaçırdı. Əslində isə AŞPA-nın kəskin və qəti qərar qəbul etməsi üçün kifayət qədər faktları var idi. Ermənilər tərəfindən insanlarımızın öz yurdundan qovulması, məcburi köçkün halında yaşaması, evlərinin talan edilməsi, əmlaklarının mənimsənilməsi onların gözləri qarşısında baş vermişdi. Hətta yüzlərlə daşınmaz tarixi, mədəni və dini abidənin vandalizmə məruz qalması, təyinatına uyğun olmayan formada istifadə edilməsi, habelə məscidlərin təhqir olunması, orada mal-qara saxlanması barədə faktlar dəlillərlə sübut edilmişdir. Qurum isə əksinə, Azərbaycan tərəfinin irəli sürdüyü təklifləri, münaqişə ilə bağlı müzakirəyə çıxartmaq istədiyi məsələləri qulaqardına vurmaqla daha çox Ermənistanın işğal siyasətini ört-basdır edirdi. Bu gün isə öz ərazi bütövlüyünü, suverenliyini təmin edən, separatçı qüvvələri zərərsizləşdirən, məcburi köçkünlərin pozulmuş hüquqlarını bərpa edən, ümumilikdə regionun hərtərəfli inkişafına geniş imkanlar açan Azərbaycanı hədəf almaq, onun sülh səylərinə süni əngəllər yaratmaq bu qurumun məkrli və hiyləgər planlarından xəbər verir. Aydın görünür ki, Azərbaycanın günü-gündən inkişafı, artan iqtisadi qüdrəti, tam müstəqil siyasət həyata keçirməsi dünyanın bəzi dövlətlərini, o cümlədən Fransa və Almaniyanı çox narahat edir. Məhz bu ölkələrin canfəşanlığı və diqtəsi ilə oynayan AŞPA anti-Azərbaycan, islamafobiya siyasətini həyata keçirir. İkili standartların tətbiqində baş rolda çıxış edir. Azərbaycana mane olmaq üçün isə müxtəlif çirkin vasitələrlə, xüsusən regional və beynəlxalq təşkilatların əli ilə Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər edilir, haqq işinə kölgə salmağa çalışılır, qərəz və böhtan dolu qərarlar qəbul olunur.
Bu, erməni lobbisindən qidalanan Azərbaycanofobiya və İslamofobiya təfəkkürlü avropalı deputatların korrupsiya və rüşvətxor əməllərinin təzahürüdür. Bu cür qərarlarla əslində qurumun əsl mahiyyəti ortaya çıxır, dünya ictimaiyyətinin gözündən düşür.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi AŞPA-nın Azərbaycana olan bu yanaşmasını tamamilə əsassız adlandırır və şiddətlə qınayır.
Eləcə də biz Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını düzgün hesab edir və alqışlayırıq. Ona görə ki, bu qurum insan haqlarının müdafiəçisi adı altında gizlənərək xristian klubu və diaspor təşkilatı kimi fəaliyyət göstərir, öz funksiyalarını bir kənara qoyaraq müəyyən qrupların eqoist maraqlarına xidmət edir. Həm də dünyada artıq AŞPA xarakterli təşkilatlara yer qalmadığı, zamanın tələblərinə cavab vermədiyi üçün bu qurumla əməkdaşlıq əhəmiyyətsizdir və vaxt itkisindən başqa bir şey deyil.
Həmçinin biz bəyan edirik ki, AŞPA-nın ölkəmizə bu cılız davranışı heç nəyi dəyişməyəcək. Azərbaycan güclü dövlətdir, regionun lideri, dünya, o cümlədən Avropa üçün son dərəcə əhəmiyyətli və faydalı ölkədir. Odur ki, heç bir dövlət və ya təşkilat ölkəmizlə hədə və təhdid dili ilə danışa bilməz. Agah olsunlar ki, Azərbaycan öz müstəqil və suveren siyasətini bundan sonra da uğurla davam etdirəcək.

Bölməyə aid digər xəbərlər

Tarix: 26-01-2024, 17:19 Oxunub: 168
Bölməyə aid digər xəbərlər
26-01-2024, 09:31
AŞPA-da müzakirəyə çıxarılan məsələlər Azərbaycana qarşı düşmən niyyətinin daha bir təzahürüdür
25-01-2024, 21:58
Eltun Süleymanov: “AŞPA-nın möğvqeyi birtərəfli və qərəzlidir, riyakarlıqdan başqa bir şey deyildir”
25-01-2024, 17:13
Aqiyə Naxçıvanlı: “AŞPA Qərbin ermənipərəst, anti-Azərbaycan dairələrinin alətinə çevrilib”
20-12-2023, 17:15
AHİK-in növbədənkənar VI Qurultayı keçirilib -Fotolar
18-10-2023, 15:30
Düşmənin AVROPA HƏMLƏSİ... - İNCƏLƏMƏ
29-07-2023, 12:23
Şuşada Türk Dövlətlərinin Həmkarlar İttifaqları Təşkilatının yaradılması haqqında müqavilə imzalanıb -Fotolar
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
7-02-2023, 17:04
AHİK-in 30 illik yubileyi münasibətilə tədbir keçirilib -Fotolar
21-01-2023, 11:06
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi Avropa Parlamentinin 2023-cü il 19 yanvar tarixli qətnaməsi ilə əlaqədar bəyanat yayıb
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO