16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
12:22 / 04-06-2026
1008 nəfər boşandığı adamla yenidən evləndi
10:54 / 04-06-2026
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
10:51 / 04-06-2026
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
10:47 / 04-06-2026
Tramvay xətləri dövlət mülkiyyətində olacaq
10:41 / 04-06-2026
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
10:37 / 04-06-2026
Bakıda yeni körpü tikilir
10:32 / 04-06-2026
Mopedlərlə bağlı yeni qaydalar
10:29 / 04-06-2026
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
10:20 / 04-06-2026
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
10:15 / 04-06-2026
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
09:00 / 04-06-2026
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
08:45 / 04-06-2026
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
08:38 / 04-06-2026
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
08:30 / 04-06-2026
Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
08:17 / 04-06-2026
hərbi helikopter qəzaya uğradı - Ölənlər var
16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
13:14 / 03-06-2026
Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
13:07 / 03-06-2026
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
13:03 / 03-06-2026
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
12:59 / 03-06-2026
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
12:39 / 03-06-2026
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
12:29 / 03-06-2026
İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
11:15 / 03-06-2026
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
11:06 / 03-06-2026
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Aqiyə Naxçıvanlı: “Erməni cinayətlərinin yeni qanlı sübutları azad edilmiş ərazilərimizdə hələ də aşkar olunmaqdadır”

“1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış rüsvayçı Türkmənçay sülh müqaviləsinin nəticəsində 40000 erməni milli azlıq kimi yaşadıqları İrandan köçürülərək Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. Bundan təxminən bir il sonra, 1829-cu ildə Osmanlı və Rus imperiyaları arasında bağlanmış Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan daha 90000 erməni də Azərbaycanda, əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında yerləşdirildi. Ermənilərin üzsüzlüyü, məskunlaşdıqları ərazilərdə ilk günlərdən yerli sakinlərə qarşı dözümsüzlük və düşmənçilik nümayiş etdirmələri, onları öz dədə-baba yurdlarından sıxışdırmaları hətta bu etnosu himayə edən rusların özlərini də heyrətləndirirdi. Bu proses Rusiya imperiyasının siyasətinə uyğun olaraq sonrakı illərdə də davam etdirildi. Məsələ bundadır ki, Rus imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdılar. Lakin tarix göstərdi ki, satqın və yalançı xislətə malik bu etnosun xəyanətlərindən onların ən sadiq himayədarlarını belə heç nə sığortalaya bilməz. Təsadüfi deyil ki, bu gün Ermənistan rəhbərliyinin Fransanın timsalında özlərinə yeni himayədar tapmaq naminə açıq-aşkar anti-Rusiya siyasəti aparmaları heç kimi təəccübləndirmir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Daha sonra deputat ermənilərin azərbaycanlılara qarşı iki əsr ərzində davamlı olaraq həyata keçirdikləri soyqırımı siysətinin dəhşətli nəticələrinin bu gün də aşkar edildiyini qeyd edərək bunları deyib: “Azərbaycan ərazilərində məskunlaşdırıldıqdan sonra keçən təxminən ilk 100 il ərzində ermənilər rus himayədarlarının köməyi ilə bir çox ərzilərimizdə demoqrafik tərkibin öz xeyirlərinə dəyişməsinə nail oldular. Bu isə Azərbaycan torpaqlarında ilk erməni dövlətinin yaradılmasına yol açdı. Bu dövlət yaranandan sonra dərhal öz ərazilərini qonşu ölkələrin və ilk növbədə əlbəttə ki, Azərbaycanın hesabına böyütməyə başladı. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində uydurma “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. O cümlədən, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qoyulmuşdur. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. Bu hadisələr zamanı qətlə yetirilənlərin sayı on minlərlə ölçülür. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Etiraf olunmalıdır ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixinə deyil, ümumilikdə bəşər tarixinə də ən qanlı faciələrdən biri olaraq düşmüşdür. Lakin erməni faşistlərinin xalqımıza qarşı xüsusi qəddarlıqla törətdikləri kütləvi qırğınlar və soyqırımı aksiyaları XX əsrin sonlarında da baş vermişdir. Buna növbəti sübutlardan biri kimi artıq işğaldan azad olunmuş Xocalı şəhərində bu ilin fevral ayında aşkar olunmuş daha br kütləvi məzarlığı göstərmək olar. Heç şübhəsiz Xocalı qətliamı da xalqımıza qarşı ermənilərin həyata keçirdikləri soyqırımı siyasətinin bariz nümayişidir.”
Fikirlərini davam etdirən A.Naxçıvanlı bu gün bütün dünya ölkələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün tanınması və qəbul edilməsi istiqamətində dövlətimiz tərəfindən aparılan işlərin son dərəcə böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Məlumdur ki, ermənilərin xalqımıza qarşı törətdikləri 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması kimi vacib və əhəmiyyətli bir işin başlanması ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə mümkün olmuşdur. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində aşkarlanmış kütləvi məzarlıqdan tapılan insan cəsədləri üzərində aparılan tibbi ekspertiza və antropoloji araşdırmalar nəticəsində bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımının qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Əlbəttə ki, bu gün işğala son qoymuş, özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, Qarabağda erməni separatizminin kökünü kəsmiş Azərbaycan öz şəhidlərinin qisasını döyüş meydanlarında aldı. 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsində, eləcə də ötən ilin sentyabr ayında keçirilmiş antiterror tədbirinin gedişində Şanlı Azərbaycan Ordusu düşməni darmadağın edərək öz gücünü bütün dünyaya göstərdi. Bəli, Azərbaycan dövləti bütün Cənubi Qafqazda sülh naminə, bütün region xalqlarının rifahını nəzərə alaraq Ermənistanla ədavət səhifəsini çevirməyə hazır olduğunu bildirir, sülh sazişinin imzalanması ilə bağlı çağırışlar edir. Bununla belə, Azərbaycan xalqı erməni vəhşiliklərini heç zaman unutmayacaq və bu cinayətləri törədənlər mütləq öz cəzalarını alacaqlar” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 28-03-2024, 12:39 Oxunub: 102
Bölməyə aid digər xəbərlər
14-02-2024, 14:22
İranın iddia etdiyi 17 Azərbaycan şəhəri... - DƏLİXANADIR, VALLAH...
30-09-2023, 22:21
Aqiyə Naxçıvanlı: “Dövlətimiz tərəfindən Zəngilanın mövcud potensillarının reallaşdırlıması istiqamətində məqsədyönlü tədbirlər görülür”
29-09-2023, 10:00
Xunta buraxılır, separatçılar həbs edilir: Bəs Qarabağı kim və necə idarə edəcək? - AKTUAL
22-09-2023, 13:44
Aqiyə Naxçıvanlı: “Azərbaycanın hər bir qələbəsi ədalətin təntənəsidir”
11-05-2023, 15:53
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”
11-05-2023, 15:00
ABŞ səfirinə Bakıda sui-qəsd cəhdi: köhnə və yeni “İran izləri” - İLGİNC
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
21-11-2022, 13:11
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
27-09-2022, 00:00
Məmməd Əliyev: 44 günlük Vətən müharibəsi birliyimizi, həmrəyliyimizi, hər bir əsgərimizin Vətən sevgisini ortaya qoydu
27-09-2022, 08:27
Kamaləddin Qafarov: “Ermənistanın fitnəkarlıqlarıı hərbi əməliyyatları qaçılmaz etdi”
29-03-2022, 09:00
Aqiyə Naxçıvanlı: “1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO