16:00 / 28-07-2026
Bakıda qız-gəlinləri oynadan dondurmaçı – Rəzalət, yoxsa əyləncə?
15:30 / 28-07-2026
Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
14:22 / 28-07-2026
Türkiyə İsrailə müdaxiləyə hazırlaşır – Təl-Əvivdə Ankara qorxusu
14:10 / 28-07-2026
Tacikistandan geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:00 / 28-07-2026
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
Aygün Hüseynova: Yeni zəfərlərə doğru!
Rəhbərlik olaraq, 288 №-Lİ tam orta məktəbinin direktoru Aygün Hüseynova Hər birinizi 16 Sentyabr Bilik Günü, yeni tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edirəm. Ulu Öndər Heydər Əliyev deyirdi ki, “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
Əziz müəllimlər, bu müqəddəs missiyanızda hər birinizə bol uğurlar arzulayıram!
Yeni dərs iliniz mübarək olsun! “İnanıram ki, təhsildə keyfiyyətin artırılması yönündə qarşıya qoyduğumuz hədəflərə doğru irəliləyə biləcəyik”
Sentyabrın 16-da məktəbdə yeni dərs ilinin başlanması münasibəti ilə rəsmi tədbir keçirild
288 №-Lİ tam orta məktəbinin direktoru Aygün Hüseynova - 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsinin sıradan çıxması və mülki şəxslərin həlak olması işğalçı dövlətin ölkəmizə qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı kimi dəyərləndirildi.
Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin erməni kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi. Azərbaycan dövləti bunu ən yüksək tribunalardan bəyan edirdi.
Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olan Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra atdığı addımlaraın xronologiyasına diqqət yetirmək kifayədir. Dövlətimiz Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsi təklif etdi. Qarşı tərəf bununla bağlı müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərdə həmin prinsipləri dəstəklədiyini, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, buna əməl etmədi. Ermənistanın törətdiyi təxribatlar, həmçinin bu işğalçı dövlətin “humanitar böhran” adı altında məqsədli planını həyata keçirmək istəyi də bunun bariz nümunəsi idi.
2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. İkinci Qarabağ müharibəsində olduğu kimi, antiterror əməliyyatları zamanı şanlı ordumuz yüksək peşəkarlıq, döyüş təcrübəsi nümayiş etdirdi. Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bildirdi ki, ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir.
Antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Əvvəlcədən verilən tapşırıqlara əsasən, ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı.
Ermənistan və ona havadarlıq edən dövlətlər lokal antiterror tədbirlərini uğurla başa çatdıran Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunu bir daha gördülər. Azərbaycanın haqlı mövqeyini özündə əks etdirən şərtlər Ermənistan tərəfindən qısa zamanda qəbul edildi. Bir gün ərzində yazılan uğur hekayəsi növbəti dəfə təsdiqlədi ki, işğalçı dövlətin istənilən təxribatına layiqli cavab veriləcək.
Prezident İlham Əliyev ötən ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndi şəhərində ucaltdı, dövlətimizin başçısı burada antiterror tədbirlərindən bəhs edərək bir daha bəyan etdi ki, bu, onlara dərs olmalıdır: “Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın”.
Bölməyə aid digər xəbərlər

Tarix: 18-09-2024, 14:05 Oxunub: 149
Bölməyə aid digər xəbərlər
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
8-02-2024, 09:55
İlham Əliyevin ünvanına TƏBRİKLƏR - YENİLƏNİR 2
22-09-2023, 13:44
Aqiyə Naxçıvanlı: “Azərbaycanın hər bir qələbəsi ədalətin təntənəsidir”
21-09-2023, 14:54
Azərbaycan Respublikası böyük bir uğura imza atdı
20-09-2023, 10:59
Aqiyə Naxçıvanlı: “Qarabağ bölgəsində yaşayan ermənilərin təhlükəsizliyinin yeganə qarantı Azərbaycan ola bilər”
19-09-2023, 12:32
Ordumuz lokal xarakterli antiterror tədbirlərinə BAŞLADI
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
5-10-2021, 09:25
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür
24-05-2021, 13:22
Dünya liderləri Prezidenti təbrik edir
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
28-07-2020, 15:48
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO