12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Aqiyə Naxçıvanlı: “Ulu Öndər ömrünün sonunadək xalqa sədaqət andına sadiq qaldı”

“Ölkəmizdə 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Ölkə Prezidenti seçdi. Həmin taleyüklü və yeganə doğru seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi iki fərqli tarixi dövrün hər biri Azərbaycan üçün sürətli və hərtərəfli inkişaf dövrü olmuşdur. Bununla belə, bu iki tarixi mərhələdən məhz müstəqillik illərini ölkəmiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən həlledici dövr kimi qeyd etmək olar. Müstəqilliyin ilk illərində cərəyan edən hadisələr ölkəmizin sadəcə ərazi bütövlüyünü və suverenliyini deyil, həm də bütöv bir dövlət olaraq varlığını real təhdid altına almışdı. Əgər həmin dövrdə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi bir qədər də gecikdirilsəydi, bu gün artıq dünyanın siyasi xəritəsində Azərbaycan adlı bir ölkə olmayacaqdı. Bu faciənin qarşısını ala biləcək yeganə şansı Azərbaycana Ulu Öndərin respublikada hakimiyyətə gəlməsi verə bilərdi və müdrik xalqımız 1993-cü ildə əldə etdiyi bu şansı qaçırmadı.”
Bu sözləri mətbuata açıqlamasında siyasi elmlər doktoru, professor Aqiyə Naxçıvanlı deyib.
Müsahibimiz 1991-1993-cü illərdə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna təhdid yaradan amillərin həmin dövrdə ölkəyə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə yarandığını vurğulayıb. Fikirlərini davam etdirən A.Naxçıvanlı bildirib ki, belə bir mürəkkəb vəziyyətdən çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyev müəyyən edə bilərdi: “1993-cü ildə ölkədə siyasi gərginlik son həddə çatmışdı. Dövlətçiliyin süqutu, ölkənin parçalanması hər an baş verə bilərdi və əslində bu proses artıq başlanmışdı. Belə bir təhlükə anında Azərbaycan xalqı dövlətini, qanı və canı bahasına əldə etdiyi müstəqilliyini qorumaq üçün sonsuz ümid bəslədiyi Heydər Əliyevi Bakıya dəvət etdi. 1993-cü il iyunun 9-da Ulu Öndər xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Bu qayıdış Azərbaycanın xilasına doğru atılmış ilk addım oldu. Millətin sönməkdə olan müstəqillik arzuları yenidən canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərindən bir həftə sonra, oktyabrın 10-da Ulu Öndər dövlətə və xalqa sədaqət andı içdi. Ömrünün sonunadək bu anda sadiq qalan Ulu Öndər xilaskarlıq missiyasını həyata keçirməklə Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.”
Daha sonra A.Naxçıvanlı Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Milli ideologiyanın ölkəmizdə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb: “Artıq 30 ildən artıq bir zamandır ki, Azərbaycan Heydər Əliyev siyasi kursu ilə irəliləyir və inkişaf edir. Bu kurs dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır. Xüsusi olaraq qeyd edilməlidir ki, Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrilib. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amil kimi çıxış edir. Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri olan ordu quruculuğu istiqamətində görülən effektiv işlərin nəticəsində Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi. Bununla da Heydər Əliyev siyasi kursu təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın qarşısında yeni, daha geniş inkişaf perspektivləri açmış oldu” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 30-09-2024, 08:49 Oxunub: 109
Bölməyə aid digər xəbərlər
22-05-2024, 10:05
Aqiyə Naxçıvanlı: “Cümhuriyyət bayrağını ilk dəfə Xankəndidə ucaldan cənab Prezident İlham Əliyev oldu”
10-05-2024, 12:10
Mirdamət Seyidov: “Azərbaycan deyəndə səni düşünürük biz”
6-05-2024, 16:16
Fateh bey: Heydər Əliyev: Xalqa həsr edilmiş ömür
8-02-2024, 09:55
İlham Əliyevin ünvanına TƏBRİKLƏR - YENİLƏNİR 2
11-01-2024, 11:28
Aqiyə Naxçıvanlı: “2003-cü il müstəqil tariximizin ən həlledici məqamı idi və həmin məqamda Azərbaycan xalqı ən doğru seçimini etdi”
29-09-2023, 14:36
Eltun Süleymanov: “Müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Ümummilli lider Heydər Əliyevin xüsusi yeri vardır”
29-09-2023, 09:20
Aqiyə Naxçıvanlı: “Ulu Öndərin 1993-cü ildə respublikada hakimiyyətə gəlişi bugünkü Qələbələrin təməlində duran əsas amildir”
11-05-2023, 15:53
Aqiyə Naxçıvanlı: “Azərbaycan Ulu Öndərin müəyyən etdiyi yolla irəlilədikcə öz gücünü, qüdrətini daha da artıracaq”
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
9-05-2023, 10:51
Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
26-05-2022, 19:49
Aqiyə Naxçıvanlı: 1990-cı ildə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağının qaldırılması müstəqilliyə gedən yolun başlanğıcı oldu
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO