Tanınmış Paralimpiyaçı Ramin Əliyevin evinin “Mahal” MTK tərəfindən sökülməsi iddialarına şirkət cavab verib.
“Qafqazinfo”ya açıqlama verən MTK-nın rəhbəri Elvin Rəhimov bildirib ki, razılaşmanın olmamasının səbəbi vətəndaşın evin hər kvadratmetrinə 7 min manat istəməsidir.
“Bu şəxsin 40 kvadratmetrlik əmlakı var, amma buna görə bizdən 250 min manat pul istəyir. Vətəndaş istəyir ki, bütün problemlərini bizim şirkətlə həll etsin. Biz onlara 140 min manat veririk. Sumqayıtda 140 minə 2 dənə 2 otaqlı ev almaq olar. Hətta idmançı olduğu üçün ona dedim ki, 140 mindən əlavə müalicəsinə də 10 min dollarlıq kömək edərəm. Mənə dedi ki, xəstəyəm ona görə bu addımı atdım. Razılaşmanın olmamasının səbəbi evin hər kvadratmetrinə görə 7 min manat istəməsidir.
Paralimpiyaçı olması ona haqq qazandırmır. Burada binanı satan adam deyir ki, kvadratmetri 1200 manatdır. İki il əvvəl həmin evi saytda 65 min manata qoymuşdular, indi niyə 250 min olmalıdır? Ərizənin məzmununu göstəriş verərək demişdik ki, 140 min olsun, amma o, 250 min edib. Vətəndaşlıq borcları da yerinə yetirilməlidir. Vətəndaşın tələbi böyükdür, bunu şirkət olaraq qarşılaya bilmərik”.
Bölməyə aid digər xəbərlər