Xəzərdəki hadisənin detalları barədə açıqlama: 1945-ci ildə...

Xəzərdəki hadisənin detalları barədə açıqlama: 1945-ci ildə...


Ötən gün baş verən vulkan yerli saatla 21:51-də Daşlı adanın strukturuna yaxın ərazidə püskürüb.
Bunu Respublika Seysmoloji xidmət mərkəzinin baş direktoru Qurban Yetirmişli ötən gün Xəzər dənizində partlayan palçıq vulkanı ilə bağlı danışarkən deyib. O bildirib ki, bu ada vaxtilə orada olan vulkanların püskürməsindən əmələ gəlib:

“Bu volkan çoxdandır püskürmürdü. Tarixi məlumata görə, sonuncu dəfə bu vulkan 1945-ci ildə püskürüb. Xəzər dənoizində çoxlu sayda palçıq vulkanları var. Bunlar mütəmadi olaraq istər quruda, istərsə də dənizdə baş verir. Ötən gün ETSN-lə birgə vizual baxışdan sonra belə qərara gəldik ki, alovlanmanın xarakterinə görə ehtimal olundu ki, ərazidə vulkan püskürüb.  Sonrakı tədqiqat və araşdırmalar bunu göstərdi ki, bu vulkan 8 dəqiqə püskürüb, onun yanma müddəti 20-25 saniyə çəkib. Alovun hündürlüyü təxminən 50 metr olub”.

Tarix: 5-07-2021, 14:21 Oxunub: 30


Bölməyə aid digər xəbərlər